Vilayət Eyvazov MDB nazirlər şurasının iclasında iştirak etdi

Vilayət Eyvazov MDB nazirlər şurasının iclasında iştirak etdiDaxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının (DİNŞ) növbəti iclasında iştirak etmək üçün Qırğız Respublikasında iki günlük rəsmi səfərdə olub.
KONKRET.az xəbər verir ki, sentyabrın 8-də Çolpan-Ata şəhərində keçirilən DİNŞ iclasında üzv dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet istiqamətləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icra vəziyyəti barədə ümumi fikir mübadiləsi aparılıb, Şuranın terrorizm, ekstremizm, narkotrafik, mütəşəkkil cinayətkarlıq və insan alveri ilə mübarizədə geniş və əhatəli iş apardığı, qurumun MDB məkanında təcrübə və informasiya mübadiləsi istiqamətində də səmərəli fəaliyyət göstərdiyi vurğulanıb.
İclasda çıxış edən general-polkovnik Vilayət Eyvazov qeyd edib ki, 2019-2022-ci illər ərzində Birlik üzvü olan ölkələrin DİN-lərinin aidiyyəti qurumları tərəfindən sıx işbirliyində yüzlərlə ağır cinayətlərin üstü açılıb, çoxsaylı mütəşəkkil transmilli kriminal qruplar zərərsizləşdirilib, təhlükəli cinayətkarlar tutularaq ekstradisiya olunub. Birlik çərçivəsində tərəfdaşlığın kifayət qədər yüksək səviyyədə olduğunu qeyd edən nazir son 5 il ərzində 4470 cinayətkar qrupun zərərsizləşdirildiyini, qanunsuz dövriyyədən 4 minə yaxın odlu silahın və 9 ton narkotik vasitənin müsadirə edilməsinin Azərbaycan hüquq mühafizə orqanlarının bu istiqamətdə barışmaz mövqe sərgilədiyinin əyani sübutu olduğunu bildirib.
General-polkovnik V.Eyvazov transmilli mütəşəkkil cinayətkarlığın yeni təhdid və çağırışlarına birgə səylərlə cavab verilməsinin zəruriliyini diqqətə çatdırıb.
Toplantıda planlaşdırılan bütün məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

Xəbərlər     Tarix: 09 sentyabr 2022

Oxşar xəbərlər

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v


iqtisadi xeberler internetden pul qazanmaq avtomobil xeberleri bitcoin valyuta kurslari