Volodin: "Polşa Prezidenti mühakimə edilməlidir"
"Polşa Prezidenti Anjey Dudanın Rusiyadan II Dünya müharibəsi üçün təzminat almaq istəyi Polşa xalqının azadlığı uğrunda canlarını qurban vermiş sovet vətəndaşlarının xatirəsini incidir".
KONKRET.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin teleqram kanalında yazıb.
Onun fikrincə, bu cür bəyanatlar faşizmin reabilitasiyasıdır və Rusiya qanunlarına əsasən cinayət məsuliyyəti yaradır.
"Bu gün Polşa yalnız ölkəmizin sayəsində bir dövlət kimi mövcuddur. Polyaklar ruslar, ukraynalılar və belaruslarla birlikdə həbs düşərgələrində məhv edilib. 1945-ci ilin yanvarında Varşava sakinləri sovet qoşunlarını gül-çiçək və göz yaşları ilə qarşıladılar. Xalqımız acından ölərək Polşaya kömək üçün ərzaq göndərdi", – Volodin bildirib.
Onun sözlərinə görə, Rusiyanın cinayət məcəlləsində bu cür ifadələrə görə məsuliyyət nəzərdə tutulub.
"Hüquq-mühafizə orqanlarının Anjey Dudanın bəyanatını öyrənməsi və onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müvafiq tədbirlər görməsi düzgündür", – deyə Volodin yekunlaşdırıb.
Qeyd edək ki, Anjey Duda "Wprost" jurnalına müsahibəsində Polşanın Rusiyadan İkinci Dünya Müharibəsinə görə təzminat tələb etməsini bildirib.
İqbal Rzayev,
KONKRET.az

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
Ən bahalı otellər hansılardır?
Ev şəraitində pul qazanmağın yolları
Necə Bitcoin almaq olar?
Green Card nədir və onu necə əldə etmək olar?
Layihə menecmenti nədir?