VTB-nin dəstəyi ilə Bakıda Caz Festivalı keçirilib
VTB (Azərbaycan) Bakıda keçirilən Beynəlxalq Caz Gününün tərəfdaşı olub. Tədbir ShowTime Booking Agency və 33 Event-in təşkilatçılığı ilə Heydər Əliyev sarayında keçirilib. Konsertdə Azərbaycanın Caz ulduzları iştirak ediblər.
"Beynəlxalq Caz Günü musiqisevərlər üçün dünya şöhrətli tədbirdir və insanları təkcə musiqinin şah əsərləri ilə deyil, həm də yeni müəlliflərlə tanış etmək imkanı verir. Bank VTB (Azərbaycan) artıq bir neçə ildir ki, həm ölkədə, həm də dünyada əsas musiqi hadisələrindən biri olan caz festivalının ölkəmizdə keçirilməsinə dəstək olub", – deyə Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin sədri İqor Okayev qeyd edib.
Məlumat üçün:
UNESCO-nun sülhməramlı səfiri, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə təsis olunan Beynəlxalq Caz Günü 2012-ci ildən etibarən dünyanın bir çox ölkələrində qeyd olunur. Azərbaycan da həmin ildən bu dünya əhəmiyyətli caz hadisəsinə qoşulub.
Bank VTB (Azərbaycan)-ın məhsul və xidmətləri barədə məlumatları filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.





/ banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları