"WhatsApp"da yeni funksiya işə düşür
"WhatsApp" messenceri istifadəçilərə bir cihazda bir neçə hesab arasında keçid etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir. Yenilik hazırda yalnız Android üçün mövcuddur, iOS cihazlarında nə zaman görünəcəyi isə hələki məlum deyil.
Bir hesabdan digərinə keçmək üçün "Profil" bölməsinə daxil olmalısınız və orada seçim etməlisiniz. Mütəxəssislər yeni funksiyanın xüsusilə iki SİM kartı olan smartfon sahibləri üçün faydalı olacağını vurğulayırlar. "Profil"də həmçinin istifadəçinin hesabı haqqında məlumatı redaktə etmək, həmçinin ümumi parametrləri tənzimləmək mümkün olacaq.
2023-cü ilin aprelində "WhatsApp" bir hesabı birdən çox telefonda istifadə etməyə icazə verən yeniləmə buraxıb. İyul ayında messencer QR-kodlarından istifadə etməklə söhbətləri bir cihazdan digərinə ötürməyə imkan verən yeni funksiya təqdim edib. / banker.az
Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ
Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə