WSJ: OPEC+ neft hasilatını gündə 1 mln. barel azalda bilər

WSJ: OPEC+ neft hasilatını gündə 1 mln. barel azalda bilərOPEC+ noyabrın 30-da keçiriləcək videokonfransda neft hasilatının sutkada 1 milyon barel azaldılmasını elan edə bilər. Dünyanın ən böyük neft istehsalçısı Səudiyyə Ərəbistanı neft hasilatının əlavə olaraq azaldılmasında israrlıdır, "The Wall Street Journal" konfrans nümayəndələrinə istinadən yazır. Əvvəllər nazirlərin görüşü noyabrın 26-da planlaşdırılsa da, hasilatla bağlı fikir ayrılıqları səbəbindən təxirə salınmışdı.
"WSJ" mənbələri bildirir ki, gələcək ixtisarla bağlı razılaşma əldə edilməyib və belə bir perspektiv OPEC daxilində ciddi müqavimətlə üzləşir. Nəşr noyabrın 29-da hasilatın mümkün azaldılması ilə bağlı danışıqlar barədə məlumat verdikdən sonra, yanvarda tədarük müqavilələri üzrə "Brent" markalı neftin qiyməti ticarətin bağlanışında 1.38% artaraq 82.8 dollar/barelə çatıb. "WSJ"nin istinad etdiyi "Goldman Sachs" məlumatlarına görə, Səudiyyə Ərəbistanı planlarını həyata keçirmək üçün neftin bir barel qiymətinin 88 dollara bərabər olmasına ehtiyac duyur.
Eyni zamanda, Afrikanın iki ən böyük neft istehsalçısı Nigeriya və Anqola fərdi hasilat kvotalarını azaltmağa müqavimət göstərir. Onların fikrincə, OPEC hesabatlarında neft hasilat imkanlarını həddən yüksək qiymətləndirir. Nümayəndələr əlavə edib ki, BƏƏ də hasilatı azaltmaq istəmir.
Yanvarın 29-da birjada WTI markalı neftin qiyməti 1.56% artaraq 77.6 dollar/barelə çatıb. Səudiyyə Ərəbistanı üçün digər alyans üzvlərini ya əlavə ixtisarlarla razılaşmağa, ya da mövcud ciddi məhdudiyyətləri nəzərə alaraq onlara əməl etməyə inandırmaq çətin olacaq. / banker.az

Xəbərlər     Tarix: 30 noyabr 2023

Oxşar xəbərlər

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Gömrük qaydalarında dəyişiklik: Baş nazirdən yeni qərar

"Verildiyi, dayandırıldığı, bərpa və ya ləğv edildiyi barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat göndərilməli olan lisenziyaların və icazələrin Siyahısı"nda dəyişiklik olunub. xəbər veri


iqtisadi xeberler dollarin kursu bu gun valyuta kurslari pul qazanmaq valyuta mezennesi