"X" sosial şəbəkəsi 2024-cü ildə ödəniş xidmətini işə salacaq
Dünyanın ən varlı adamı, "Tesla" və "SpaceX" şirkətlərinin sahibi İlon Mask 2024-cü il üçün planlarını bölüşüb. Milyarderin sözlərinə görə, onlardan biri "X" sosial şəbəkəsini çox funksiyalı tətbiqə çevirməkdir.
Son bir neçə ayda "X" onlayn ödəniş xidmətini işə salmaq üçün lazımi lisenziyaların alınmasında böyük irəliləyişlər əldə edib. Hələ dekabrda sosial şəbəkə platformada ödəniş xidmətini işə salmaq üçün ABŞ-ın 12 ştatından icazə alıb, hazırda onların sayı 14-ə çatır.
Maskın ideyasına görə, "X" istifadəçiləri platformanın digər istifadəçilərinə pul göndərə və bu vəsaitləri təsdiqlənmiş bank hesabına köçürə biləcəklər.
"X" öz platformasında bu il beynəlxalq pul köçürmə sisteminin işə salınmasının həm istifadəçilər, həm də kommersiya imkanlarını genişləndirəcəyi barədə elan yerləşdirib. Şirkət həmçinin yaxın bir ildə süni intellekt həllərini tətbiq etməyi düşünür. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq