Xalq artisti: "Dostluqların dağılmasına "zəhrimar pul" səbəb oldu
Xalq artisti: "Dostluqların dağılmasına "zəhrimar pul" səbəb oldu"
Xalq artisti Faiq Ağayev şou-biznesdəki dostluqların pozulmasının səbəbini açıqlayıb.
OLAY yazır ki, bu barədə müğənni "Söz baz" verilişinə qonaq olarkən danışıb.
"Dostluqların dağılmasına "zəhrimar pul" səbəb oldu. Kim daha çox qazanacaq, toyda kim çox oxuyacaq. Təmənna olan yerdə dostluq olmur. Böyük sevgi və həsrətlə "Bakı payızı – 88"i xatırlayıram. Zülfiyyə Xanbabayeva, Samir Bağırov, Arzu Rzayev, Sevil Hacıyeva, İlqar Xəyal... Kulisdə biri-birimizə azarkeşlik edirdik, dəstək olurduq. Sanki ortada birincilik məsələsi yoxdur, yarışmırıq, biri-birimizə kömək edirik. Daha sonra təbii ki, illər keçdikcə cavanlığın saflığı silinməyə başlayır", - deyə, F.Ağayev fikirlərinə əlavə edib.
Türkiyə boru kəməri ilə qaz idxalını 7 faiz artırıb
Türkiyə 2025-ci ilin sentyabr ayında boru kəməri qaz idxalını 7 faiz artıraraq 3,213 milyard kubmetrə çatdırıb ki, bu da ilk doqquz ayla müqayisədə 14 faiz artım deməkdir və 30,705 milyard kubmetrə çatıb. xəbər verir ki
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Buğda idxalı 1 milyon tonu keçdi
Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar
1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub
Dövlət Sosial Müdafiə Fondunda 2024-cü il oktyabrın 1-ə qədər olan zaman ərzində 1100,0 min nəfər pensiyaçı qeydiyyatda olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinə istinadən məlumata görə, bu da ölkə əhalisinin 10,