Xalq Bank ağacəkmə aksiyası təşkil etdi
®Xalq Bank Korporativ sosial məsuliyyət istiqamətində ətraf mühitin qorunmasına yönəlmiş layihələrin icrasını davam etdirir. 28 noyabr tarixdə Xalq Bankın təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakı şəhərinin Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib. Bu təşəbbüs, Bankın 2024-2026-cı illər üzrə İnkişaf Strategiyası üzrə sosial məsuliyyət və ekoloji davamlılıq sahəsindəki öhdəliklərinə uyğun olaraq həyata keçirilmişdir.
Aksiyanın məqsədi ekosistemin qorunmasına töhfə vermək, təbiətə qarşı məsuliyyətli yanaşmanı təşviq etmək və gələcək nəsillər üçün yaşıl və sağlam bir mühitin təmin edilməsində iştirak etməkdir. Aksiyada iştirak edən Bankın rəhbər heyəti və əməkdaşları Eldar şamı və zeytun ağacları tingləri əkməklə bu ekoloji təşəbbüsə dəstək oldular.
Xatırladaq ki, Xalq Bank əvvəlki illərdə də ölkədə keçirilən ağacəkmə aksiyalarında fəal iştirak edərək ətraf mühitin qorunmasına və yaşıl gələcəyin qurulmasına töhfə vermişdir. Həmçinin 2022-ci ildə Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində məhv olmuş ərazilərin bərpa edilməsi üçün 25000 ədəd ağacın əkilməsində dəstək olmuş və layihədə Mersin ərazisində ümumi sahəsi 16 hektar olan "Xalq Bank Kardeşlik Hatıra Ormanı" salınmışdır.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar. / banker.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes plan necə yazılır?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Onlayn biznes növləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznesə aid ən yaxşı 10 kitab