"Xiaomi" yeni Redmi Note 13 smartfonunu təqdim edib
"Xiaomi" qlobal bazar üçün yeni Redmi Note 13 smartfon seriyasını təqdim edib. Seriyaya Redmi Note 13 və Redmi Note 13 5G, həmçinin Redmi Note 13 Pro, Redmi Note 13 Pro 5G və Redmi Note 13 Pro+ 5G daxildir.
Redmi Note 13
Redmi Note 13 və Redmi Note 13 5G müvafiq olaraq Qualcomm Snapdragon 685 və MediaTek Dimensity 6080 çiplərini alıb. Cihazlar 6 və ya 8 GB RAM, 128 və ya 256 GB daxili yaddaşla təchiz edilib. Hər iki smartfon Full HD+ təsvir ölçüsünə və 120 Hz-ə qədər yeniləmə tezliyinə malik 6.6 düymlük OLED ekranlara malikdir.
Redmi Note 13 Pro
Redmi Note 13 Pro, Redmi Note 13 Pro 5G və Redmi Note 13 Pro+ 5G də əsasən çiplərdə fərqlənir – yeniliklər MediaTek Helio G99, Qualcomm Snapdragon 7s Gen 2 və MediaTek Dimensity 7200 Ultra prosessorlarını alıb.
Redmi Note 13 Pro+
Smartfonlar bazara MIUI örtüyü ilə çıxacaq, lakin bir müddət sonra Xiaomi HyperOS əməliyyat sistemini alacaq. Yeni cihazların qiyməti baza model üçün 180 dollardan başlayacaq, flaqman isə 400 dollara başa gələcək. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Onlayn biznes ideyaları
Necə Bitcoin almaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Elon Musk kimdir?