Yair Lapid: İsrail Avropanın əsas qaz tədarükçülərindən birinə çevrilə bilər
İsrail Livanla dəniz sərhədinin demarkasiyasına dair sazişin bağlanması sayəsində indi Aralıq dənizində qaz hasilatını inkişaf etdirə, Avropanın əsas qaz tədarükçülərindən birinə çevrilə bilər.
Bu fikri yəhudi dövlətinin Baş naziri Yair Lapid Livan-İsrail sazişinin bağlanmasında vasitəçilik edən ABŞ emissarı Amos Hokstin ilə görüşündə deyib.
Onun sözlərinə görə, tarixi razılaşma İsrailin təhlükəsizliyini və iqtisadiyyatını gücləndirəcək və regiona sabitlik gətirəcək.
"İsrail Kariş yatağından qaz hasil etməyə başlayıb və biz dünyanın böyük ehtiyac içində olduğu bir vaxtda Avropanın əsas təbii qaz tədarükçüsü olacağıq".
Xatırladaq ki, İsrail və Livan arasında dəniz sərhədinin demarkasiyasına dair saziş imzalanıb. Livan və İsrail arasında 856 kvadratmetrlik şelf sahəsi ətrafında mübahisə mövcuddur. Mübahisəli ərazi Livanın Qana qaz yatağının İsrailin Kariş yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Biznes nədir və hansı növləri var?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
İlon Mask kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Kriptovalyuta nədir?