Yaponiya Rusiya neftinin qiymət tavanına nəzarəti gücləndirəcək
Yaponiyanın Maliyyə Nazirliyi G7 ölkələrinin dəstəyi ilə fevralın 20-dən etibarən Rusiya neftinin qiymət tavanına riayət etmək üçün tədbirləri sərtləşdirmək niyyətindədir. "Nikkei" nəşrinin məlumatına görə, qərarı Avropa İttifaqı (Aİ) və Avstraliya dəstəkləyib.
Hazırda sığorta şirkətləri və daşıyıcılardan Rusiya neftinin qiymətinin müəyyən edilmiş həddi aşmaması ilə bağlı təminat alması tələb olunur. Bu zəmanət sığorta və ya daşıma müqaviləsinin bütün müddəti üçün etibarlıdır. Yaponiya Maliyyə Nazirliyi hər yükləmə üçün belə bir sənədin təqdim edilməsini tələb etməklə bu qaydaları sərtləşdirməyi təklif edib.
2022-ci ilin dekabrında G7 ölkələri, Avropa İttifaqı və Avstraliya beynəlxalq şirkətlərin Rusiya neftini yalnız bir barel üçün 60 dollardan aşağı qiymətə daşıya və ya sığortalaya biləcəyi barədə razılığa gəliblər. 2023-cü il fevralın 5-dən Rusiyadan gələn neft məhsullarının bir barreli üçün 100 dollar və 45 dollar tavanı da var.
2023-cü ilin dekabrında ABŞ və digər G7 ölkələri Rusiya brendinin diskontu iki illik minimuma çatdıqdan sonra "Urals" neftinin qiymət tavanına nəzarəti gücləndiriblər. Xüsusilə, ABŞ Maliyyə Nazirliyi Rusiya neftini daşıyan tankerlərə qarşı sanksiyalar tətbiq edib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes planı necə yazmaq lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Bill Qeyts kimdir?
Cash Back nədir?