Yaponlar Rusiyadan Cənubi Kuril adalarının geri qaytarılmasını TƏLƏB EDİR
Yaponiyanın ultrasağçı təşkilatlarının üzvləri Sovet İttifaqının Yaponiyaya qarşı müharibəyə girməsinin 77-ci ildönümündə Rusiyanın diplomatik nümayəndəlikləri qarşısında aksiya keçirib.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, etirazçılar şimal ərazilərinin geri qaytarılmasını tələb ediblər.
İfrat sağçı təşkilatların nümayəndələri Rusiyanın Osakadakı Baş Konsulluğunun qarşısında şüarlar səsləndirib və adaların geri qaytarılmasını tələb edən mətni oxuyublar:
"Şimal əraziləri Yaponiyanındır. Habomai, Şikotan, Kunaşir və İturup adalarını qaytarın!"
Eyni aksiya Rusiyanın Tokiodakı səfirliyinin yanında da keçirilib.
Hər iki diplomatik nümayəndəlik RİA Novosti-yə normal iş rejimində işlədiyini bildirib.
Qeyd edək ki, Rusiya və Yaponiya arasında ərazi mübahisəsi İkinci Dünya Müharibəsindən bəri həll olunmamış qalır. Müharibədən sonra bütün Kuril adaları SSRİ-nin tərkibinə daxil edilib.
Xatırladaq ki, Yaponiya Ukrayna ilə bağlı anti-Rusiya sanksiyalarına qoşulduqdan sonra 2022-ci ilin martında Rusiya Kuril adalarının statusu və sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlardan imtina edib. Həmçinin Kuril adalarında yaponlar üçün vizasız rejimi ləğv edilib.
İqbal Rzayev,
KONKRET.az

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Ən çox gəlir gətirən onlayn bizneslər
IMEI kod nədir?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ev şəraitində pul qazanmağın yolları