"Yeni qanun layihəsindəki bəzi müddəalar siyasi plüralizmin sıxışdırılmasıdır" – Partiya başqanından AÇIQLAMA
Məlum olduğu kimi, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin ilkin variantı yayımlanıb.
Azərbaycan Yüksəliş (AY) Partiyasının başqanı Anar Əsədli layihədə diqqət çəkən bir sıra məqamla bağlı KONKRET.az-a fiikirlərini bölüşüb. Siyasi partiyaların təsis edilməsi ilə bağlı qaydalara diqqət çəkən partiya lideri yüksək tələblərin irəli sürüldüyünü bildirib:
"Məsələn, üzvlüklə bağlı tələbin 1000 nəfərdən 10000 nəfərə, təsisçilərlə bağlı tələb isə 1 nəfərlə mümkün olduğu halda, anormal şəkildə 200 nəfərə yüksəldilməsi yolverilməzdir və məntiqsizdir. Belə təsəvvür edək ki, üzvlərlə bağlı tələbin artırılması fəaliyyətsiz partiyaların qeydiyyatını əngəlləməyə hesablanıb. Yaxşı, təsisçinin 200 nəfərə yüksəldilməsi nə deməkdir? Bu, hər şeydən öncə dolayı yolla Konstitusiyanın siyasi fəaliyyətlə bağlı müddəalarına ziddir. Belə çıxır ki, siyasi fəaliyyətlə məşğul olmaq istəyən, partiya yaratmaq istəyən Azərbaycan Respublikası vətəndaşı bu istəklərini reallaşdırmaq üçün 199 nəfər tapmalıdır?
İkincisi, Konstitusiya respublikanın prezidenti olacaq şəxsin ölkədə 10 il yaşamasını tələb etdiyi halda, partiya qurucularının 20 il yaşaması tələbi gülüncdür. Bu tələb maksimum 5 il ola bilər. Partiya sədri prezident olmaq istəyən siyasi şəxsdir. Ölkə prezidenti statusundan daha yuxarıda durmur ki, 20 il tələb olunsun…
Əlbəttə ki, yeni qanun layihəsindəki bu müddəalar göydən düşməyib, məqsədli şəkildə əlavə olunub. Hesab edirik ki, bu məsələlər siyasi plüralizmin sıxışdırılmasıdır və yolverilməzdir".
AY partiya başqanı onu da əlavə edib ki, rəhbərlik etdiyi təşkilat tərəfindən "Siyasi partiyalar haqqında" qanun layihəsinə düzəliş və dəyişikliklərlə bağlı təkliflərini bir ay öncə Milli Məclisə təqdim edilib:
"AY partiya olaraq hesab edirik ki, siyasi partiyaların qeydiyyata alınması ilə bağlı heç bir çətinlik olmamalı, bütün çətinliklər aradan qaldırılmalıdır. Əlbəttə ki, xaotik vəziyyət və bununla da siyasi arenanın mahiyyətinə zidd mənzərənin yaranması da yolverilməzdir, müəyyən tənzimlənmənin olması vacibdir. Bəs bu tənzimlənmə necə və hansı mərhələdə olmalıdır?
Təkliflərimizdə də qeyd etmişik ki, siyasi partiyalarla bağlı özü özünü tənzimləyən mexanizm formalaşdırılmalıdır. Bu mexanizm qətiyyən partiyaların yaranmasına, onların fəaliyyətinin məhdudlaşdırılmasına xidmət etməməlidir. Əks halda siyasi arenamızda Vətən müharibəsindən sonra yaranan canlanma yenidən birqütblü, plüralizmə zidd formalarla əvəzlənəcək".
Sevinc Paşayeva,
KONKRET.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
BOKT İsmayıllıda filialını açır
Whatsapp biznesin üstünlükləri nələrdir?
Layihə menecmenti nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Elon Musk kimdir?
Kriptovalyuta nədir və necə alınır?