Ukrayna iqtisadiyyatının inkişafı Rusiya aktivlərindən asılıdır
"Aİ üzvü ölkələrin Ukraynanın maliyyə ehtiyaclarını qarşılamaq üçün üç variantı var və dondurulmuş Rusiya aktivlərinə əsaslanan təzminat krediti ən təsirli seçimdir".
Biznes.az xəbər verir ki, bu sözləri Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.
Avropa Parlamentində çıxışı zamanı qeyd edib ki, digər iki variant Aİ büdcəsindəki "manevra sahəsindən" istifadə edərək kapital artırmaq və ya üzv ölkələrin öz aralarında kapital artırımı barədə razılığa gəlməsidir.
"Üçüncü variant dondurulmuş Rusiya aktivlərinə əsaslanan təzminat krediti verməkdir. Biz Ukraynaya kredit veririk, əgər Rusiya təzminat ödəyərsə, Ukrayna bu krediti geri qaytarar," – deyə fon der Leyen bildirib və əlavə edib: "Bu, Ukraynanın müdafiəsini və iqtisadiyyatını dəstəkləməyin ən təsirli yoludur".

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
1000 manatlıq günəbaxan məhsulunu 6,8 manata sığortalamaq olar – MƏBLƏĞLƏR, ŞƏRTLƏR
Dropshipping nədir?
Green Card nədir və onu necə əldə etmək olar?
Start-up nədir?
Az pulla hansı işi qurmaq olar?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt