Yeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb - FOTO
Yeniyetmələrin qəfil ölümünün gözlənilməz səbəbi tapılıb - FOTO
Tədqiqatçılar müəyyən ediblər ki, havadakı kiçik hissəciklər sağlam yeniyetmələrdə anormal ürək ritmlərinə, hətta qəfil ölümünə səbəb ola bilər.
Bununla bağlı tədqiqatlar "Journal of the American Heart Association" jurnalında dərc olunub.
Tədqiqatçılar ABŞ-da yaşayan 322 yeniyetmənin sağlamlıq məlumatlarını təhlil ediblər. İştirakçılarda ciddi ürək-damar xəstəlikləri olmayıb, bundan başqa onlarda nizamsız ürək ritmi riski az olub.
Təcrübəyə görə, yeniyetmələr nefelometrdən istifadə edərək 2,5 mikrondan az hissəciklər olan havanı udublar. Bundan sonra elm adamları "Holter monitoru" adlanan daşınabilən cihazdan istifadə edərək hər bir yeniyetmənin 24 saat ərzində ürək döyüntüsünü izləyiblər. İştirakçıların 79%-də ritm pozğunluğu müəyyən olunub.
Qeyd edilir ki, aritmiya adətən heç bir şəkildə özünü büruzə vermir və pasiyentlərin əksəriyyətinə tibbi yardım tələb olunmur. Bununla belə nadir hallarda olsa belə qeyri-müntəzəm ürək ritmi, hətta gənc və sağlam insanlarda da qəfil ürək tutmasına, ölümə səbəb ola bilər.
O da vurğulanır ki, 2,5 mikrondan kiçik hissəciklər asanlıqla tənəffüs edilir və ağciyərlər vasitəsilə qan dövranına daxil olur. Bu hissəciklər adətən yanacağın yanması zamanı və ya meşə yanğınları nəticəsində atmosferə buraxılırlar.
Alimlərin istifadə etdiyi hissəciklərin konsentrasiyası ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinin (EPA) müəyyən etdiyi standartlardan iki dəfə aşağı olub. Bu səbəbdən tədqiqatlar maksimum icazə verilən konsentrasiyaların yenidən nəzərdən keçirilməsinə səbəb ola bilər.
Mənbə: Gazeta.ru

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
Bitcoin nədir?
IMEI kod nədir?
Necə Bitcoin almaq olar?
Biznes təlimlər və tədris üsulları
Dünyanın ən bahalı restoranları