"Yığımların 1 milyard 400 milyon manatı ötəcəyini ehtimal edirik"
"2024-cü ilin yekununda sığorta yığımlarının 1 milyard 400 milyon manatı ötəcəyini ehtimal edirik. Bu da ötən ilin nəticələri ilə müqayisədə 10 faizdən çox böyümə deməkdir."
Marja.az xəbər verir ki, bunu rəsmi qəzetlərdən birinə müsahibəsində Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev bildirib.
O qeyd edib ki, ölkə iqtisadiyyatının va maliyyə sisteminin əsas böyümə və hədəf indikatorlarını müəyyənləşdirən və ölkə başçısı tərəfindən təsdiqlənmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədlərində sığorta sektoru üçün böyümə hədəfi 10 faiz həcmində müəyyənləşdirilmişdir:
"Bildirmək istəyirəm ki, sığorta sektoru olaraq artıq ikinci ildir ki, biz bu hədəf minimumunu üstələyirik. Belə ki, 2022-ci ildə bazar böyüməsi 15 faiz, 2023-cü ildə isə 26% faiz həcmində olub".
Banklarda ən sərfəli manatla əmanətlər – Noyabr 2026
olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün manat ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq əmanətlər üzrə ən yüksək illik faiz dərəcəsini 10.5% təklif edilir. Bankların manatla depozi
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Unibank Zəfər Günü ərəfəsində Müşfiqabad qəsəbəsində keçirilən növbəti ağacəkmə kampaniyasında iştirak edib. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində həyata keçirilən təşəbbüs zamanı ölkəni
Azər Türk Bankın filialına şəhid əməkdaşın adı verildi
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əzmi nəticəsində torpaqlarımızın işğaldan azad edilmiəsi xalqımızın birliyinin və ölkəmizin Prezidentinin qətiyyətli siyasətinin təntənəsidir
"Qala Həyat"ın ödənişləri 76% artıb
"Qala Həyat Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 7 milyon 879 min 869 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 79 min 292 manat və ya 1% çoxdur. Ötən ilin doqqu