Yunanıstanda Qərbi Nil virusu xəbərdarlığı: 11 ölü, 123 yoluxma
Yunanıstanda Qərbi Nil virusu səbəbindən 11 nəfər həyatını itirib.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın Milli İctimai Səhiyyə Təşkilatı (EODY) açıqlama yayıb.
Bildirilib ki, ölkədə daha 123 nəfərdə virus aşkarlanıb.
Yoluxanların 74-də mərkəzi sinir sisteminə təsir edən simptomların olduğu, 49-da isə heç bir əlamətin olmadığı bildirilib.
Ağcaqanadlar vasitəsilə yayılan virus əsasən Saloniki, İmathia, Kilkis, Pella, Pieria, Halkidiki, Serez, Tırhala və Larissa bölgələrində aşkar edilib.
Qeyd edək ki, Qərbi Nil virusu Yunanıstanda birinci dəfə 2010-cu ildə aşkarlanıb. 2010-2014-cü illərdə xəstəlikdən 80 nəfər vəfat edib. 2015-2016-cı illərdə isə xəstəliyə yoluxanlar barədə məlumat daxil olmayıb. 2017-ci ildən başlayaraq bu virusa yoluxmaların sayı yenidən artmağa başlayıb.
İqbal Rzayev,
KONKRET.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Onlayn biznes ideyaları
Birbank xidmətinə necə qoşulmaq olar?
Bitcoin necə işləyir?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
CV-nin tərtib edilməsi prinsipləri