Zaqatala və İsmayıllıda yanğının qarşısı alındı - VİDEO
Zaqatalanın Yuxarı Tala kəndi istiqamətindəki, İsmayıllının isə Bəhliyan kəndi yaxınlığında baş vermiş yanğının yayılmasının qarşısı alınıb və hazırda yanğının söndürülməsi əməliyyatı davam etdirilir.
KONKRET.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hazırda tüstü mənbələrinin söndürülməsi üzrə tədbirlər aparılır.
Qəbələ rayonunun Tikanlı kəndi və Oğuz rayonunun Baş Daşağıl kəndi istiqamətində baş vermiş yanğınların genişlənməsinin qarşısının alınması və söndürülməsi tədbirləri davam etdirilir.
Yanğınlarla mübarizə əməliyyatında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Şimal-qərb Regional Mərkəzi və Aviasiya dəstəsinin ümumilikdə 430 nəfərə yaxın şəxsi heyəti və 21 ədəd texnikası, o cümlədən 3 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və yerli kənd sakinləri iştirak edir.
Qeyd edək ki, bütün göstərilən yanğınlar mürəkkəb relyefli dağlıq-meşəlik ərazilərdə baş verib.

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
SWIFT nədir?
Biznes nədir?
Dünyanın əh bahalı brendləri - TOP-10
Bitcoin nədir?
İnvestisiyanın necə cəlb etmək olar?