Zaqatalada yüksək dağlıq ərazidə yanğın məhdudlaşdırıldı
Zaqatalada yüksək dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb.
KONKRET.az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Yuxarı Tala kəndi ərazisindən keçən hissəsinin çətin relyefli yüksək dağlıq meşəlik ərazidə başlayan yanğın axşam saatlarında məhdudlaşdırılıb.
Yanğın ümumilikdə 10 hektar ərazini əhatə edib. Ərazidə kol-kos, quru ot, xəzəl, qurumuş ağac və kötükləri yanıb. Hazırda ərazidə yanğının tam söndürülməsi, soyutma və kəşfiyyat işləri aparılır.
Qeyd edək ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və 70 nəfərə yaxın canlı qüvvəsi, 2 ədəd helikopteri, Ekologiya və Təbi Sərvətlər Nazirlinin əməkdaşları və yerli sakinlər cəlb edilib.
Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?
Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT
2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi