Zəyəm Texnologiyalar Parkının yığılmış zərəri ₼18 milyona çatıb
"Zəyəm Texnologiyalar Parkı" ASC 2022-ci ili də zərərlə başa vurub və bununla da onun balansındakı illərin yığılmış zərəri 18 milyon manata yüksəlib.
Banker.az ZTP-nin illik audit hesabatına istinadən xəbər verir.
Hesabatda qeyd edilir ki, Zəyəm Texnologiyalar Parkı 2022-ci ildə 5.4 milyon manat gəlir əldə etdiyi halda, 4.76 milyon manat satışın maya dəyərinə xərc çəkib. Gəlirləri illik müqayisədə 45 faiz azalıb.
Digər tərəfdən 0.68 mln manat ümumi və inzibati xərclər 1.83 mln. manat isə əsas vəsaitlərin amortizasiyasına xərc çəkib.
Beləliklə, 2022-ci ildə 1.91 mln. manat zərər edib. 2021-ci ildə onun zərəri 5.79 mln. manat idi.
Xatırladaq ki, ZTP 1962-ci ildən fəaliyyət göstərən "Bakı avtomobil ehtiyat hissələri" zavodunun filialının bazasında 2002-ci ildə, "Zəyəmkəndmaş" adı ilə yaradılıb, 2014-cü ildə isə onun adı indikinə dəyişdirilib. Onun nizamnamə kapitalı 18 305 246 manatdır. Onun kapitalının 97.07%-i "Azmade Group" MMC-yə məxsusdur.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Françayzinq nədir və necə olur?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Shopify-da necə satışa başlamaq olar?
Bill Qeyts kimdir?
SWIFT nədir?