Ziraat Bank Azərbaycan 2024-cü ili uğurlu göstəricilərlə yekunlaşdırıb

Ziraat Bank Azərbaycan 2024-cü ili uğurlu göstəricilərlə yekunlaşdırıb®Ziraat Bank Azərbaycan 2024-cü ilin yekunlarına dair maliyyə hesabatlarını açıqlayıb. Hesabatlara əsasən Bank müsbət inkişaf dinamikasını davam etdirərək 2024-cü ili də xalis mənfəətlə başa vurub.
Uğurlu maliyyə nəticələrinə əsasən bankın cəmi aktivləri 921 mln. manatı keçib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 44,7% artıqdır. 2024-cü il ərzində bankın xalis mənfəəti isə 14 mln. manatı ötüb, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 70,4% artım deməkdir.
Kredit portfelində də nəzərə çarpan artım müşahidə edilib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankın biznes kreditləri 32,6% artaraq 498 mln manata çatıb, istehlak kreditləri isə 95,4% artaraq 5 mln. manatı keçib.
Kredit portfelində olduğu kimi bankın depozit portfelində də müsbət artım tendensiyası davam etdirilib. Bu da Ziraat Bank Azərbaycana olan inam və etibarın əsas göstəricilərindən biridir. Qeyd edək ki, hesabat dövründə bu istiqamət üzrə portfel ötən ilin eyni rübü ilə müqayisədə 37,5% artaraq 565 mln. manatı ötüb. 
Bankın uğurları bununla da bitmir. Belə ki, bankın əməliyyat mənfəəti 29,8% artaraq 32 mln. manatı , xalis faiz gəlirləri  isə 19,5% artaraq 36 mln manatı ötüb. Bankın  qeyri-faiz gəlirləri 31.63% artaraq 20 mln. manata çatıb.
Ziraat Bank Azərbaycan 2025-ci ildə də inkişaf dinamikasını davam etdirməyi planlaşdırır. Qeyd edək ki, bank 30 Dekabr 2014-cü il tarixində bank lisenziyasını almış və bu il 10 illik yubileyini qeyd edir. Bankın İdarə Heyətinin sədri Dr. Selçuk Demir yaxın zamanda verdiyi müsahibəsində bankın yaradıldığı gündən etibarən Azərbaycanın ticarət, istehsal, kənd təsərrüfatı və digər strateji sahələrə dəstək verdiyini, bu gün isə artıq bütün müştəri seqmentlərinə xidmət göstərə biləcək səviyyəyə çatdığını vurğulayıb. Bankın əsas hədəflərindən birinin korporativ, kiçik və orta sahibkarlıq, mikro və fərdi müştəri seqmetlərinin Ziraat Bank Azərbaycanın təqdim etdiyi imkanlardan faydalanmasını təmin etmək olduğunu bildirib.
"Ziraat Bank Azərbaycan" ASC Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik olan "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir və Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən ümumi 10 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir. 
Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı məlumatı, Bankın Facebook, Instagram, X , Linkedin, Youtube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 22 yanvar 2025

Oxşar xəbərlər

Ziraat Bank Azərbaycan – maliyyə xidmətləri ilə yanaşı, inklüziv cəmiyyətin formalaşmasına da dəstək verir

Ziraat Bank Azərbaycan korporativ sosial məsuliyyət strategiyası çərçivəsində inklüzivliyin təşviqi və ekoloji maarifləndirmə məqsədilə keçirilən "Təbiətin Dostları Festivalı"nın baş sponsoru olub. Mərkəzi Nəbata

"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb

"PAŞA Sığorta" ASC 2026-cı ilin yanvar–sentyabr aylarını 21 milyon 883 min 166 manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2 milyon 606 min 236 manat və ya 10,6% azdır. şirkəti

"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib

Rusiyanın "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi təxminən dörd aylıq fasilədən sonra Gürcüstana pul göndərilməsi xidmətini bərpa edib. Lakin köçürmələr hələlik yalnız ölkənin ən böyük banklarında

ABB səhmləri tarixi zirvəyə yüksəlib – İnvestorlar bankın böyüməsini necə qiymətləndirir?

Azərbaycan Beynəlxalq Bankının (ABB, $ABBNK) səhmlərinin qiyməti Bakı Fond Birjasında 35 qəpiyə yüksələrək tarixi maksimum səviyyəsinə qayıdıb. Noyabrın 11-də satış qiyməti bir gün ərzində 1 qəpik və ya təxminən 2,9% artıb

AccessBank qadın sahibkarların inkişafına Access2Success ilə yenidən dəstək verir

Access2Success layihəsi bu il beşinci dəfə qadın sahibkarları bir araya gətirir. AccessBank-ın təşəbbüsü və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) dəstəyi ilə həyata keçirilən proqram qadınların biznes biliklərin

Banklarda ən sərfəli dollar əmanətləri – Noyabr 2026

olaraq banklarda 2026-cı ilin noyabr ayı üçün ABŞ dolları ilə müddətli əmanətlər üzrə təkliflərini araşdırıb. Araşdırmalara görə , 12 aylıq dollar əmanətləri üzrə ən yüksək illik faiz dərəcəsini 5% təklif edilir. Bankları

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb

"Kəpəz Bank Olmayan Kredit Təşkilatı" MMC ("Kəpəz BOKT") 2026-cı ilin yanvar–iyun aylarını 2 milyon 160,25 min manat xalis mənfəətlə başa vurub. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 44,74 min mana

Azərbaycanda əcnəbilərin bank əmanətləri 1,6 milyard manata yaxınlaşıb

2026-cı ilin sentyabr ayının sonuna Azərbaycanda qeyri-rezident fiziki şəxslərin bank əmanətlərinin həcmi 1 milyard 592,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövründəki 1 milyard 357,2 milyon manatla müqayisədə 235,

Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir – ağacəkmə aksiyasında iştirak etdi

Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərini öz fəaliyyətində daima əsas tutan Bank of Baku ekoloji layihələrdə fəal iştirakını davam etdirir. Belə ki, Bank of Baku Zəfər Günü ərəfəsində 4 noyabr tarixind


iqtisadi xeberler biznes ideyalari en son xeberler bu gunun xeberleri biznes xeberleri