191 naməlum şəhid məzarından doqquzu boş çıxıb

191 naməlum şəhid məzarından doqquzu boş çıxıb"İtkin düşmüş şəxslərin sonrakı taleyinin müəyyən edilməsi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Komissiyasının qarşısında mühüm vəzifələr müəyyən edib. Bu istiqamətdə son illərdə keçirilmiş yüksək səviyyəli görüşlərdə və müxtəlif platformalarda dəfələrlə qaldırılmasına və müzakirə edilməsinə baxmayaraq, Ermənistan tərəfi I Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid məzar yerləri barədə məlumatları təqdim etmir".
Bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin təşkilatçılığı ilə 30 avqust Beynəlxalq İtkinlər Gününə həsr edilmiş "İtkin düşmüş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi – Humanitar yanaşma" mövzusunda konfransda Komissiyanın katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov deyib.
Onun sözlərinə görə, şübhəsiz ki, itkin düşmüş şəxslər barədə əsas məlumatlar məhz Ermənistan tərəfdədir:
"Misal üçün diqqətinizə çatdırım ki, ötən ilin dekabr ayında Ermənistan Parlamentinin deputatı, Ermənistan müdafiə nazirinin keçmiş müavini general-leytenant Qagik Melkonyan Ermənistan kütləvi informasiya vasitələrinə verdiyi müsahibədə 1994-cü ildə Azərbaycan Ordusunun həlak olaraq döyüş meydanında qalmış yüzlərlə hərbi qulluqçusunun dəfn yerini bildiyini ifadə edib. Bununla bağlı beynəlxalq təşkilatların vasitəsi ilə verdiyimiz rəsmi sorğulara isə Ermənistan tərəfi cavab verməyib".
O qeyd edib ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra yaranmış yeni situasiyada I Qarabağ müharibəsində itkin düşmüş şəxslərin sonrakı taleyinin aydınlaşdırılması ilə bağlı aşağıdakı istiqamətlər üzrə tədbirlər həyata keçirilib:
"Birincisi, üçtərəfli Bəyanatdan sonra hazırda Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasında olan ərazidən 2021-ci ilin fevral ayının 12-dən cari ilin aprel ayının 25-dək 67 meyit kisəsində 138 şəxsə aid olduğu ehtimal edilən qarışıq meyit qalıqları təhvil verilib. Bu istiqamət üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 53 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.
İkincisi, 2021-ci ilin fevral ayının 17-dən cari ilin aprel ayının 3-dək işğaldan azad edilmiş Şuşa rayonu, Daşaltı kəndi, Xocavənd rayonu, Edilli kəndi, Xocalı rayonunun Fərrux və Daşbaşı kəndləri ərazisində müəyyən edilmiş kütləvi məzarlıqlarda aparılmış ekshumasiya zamanı, həmçinin işğaldan azad edilmiş Ağdam, Şuşa, Göygöl, Tərtər, Füzuli və Zəngilan rayonları ərazilərdə tikinti-quruculuq işləri aparılarkən 82 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən edilərək götürülüb. Aşkar edilmiş meyit qalıqları üzrə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən 45 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.
Üçüncüsü, I Qarabağ müharibəsi zamanı şəhid olmuş və Respublikanın 13 şəhər və rayonunun ərazisində yerləşən 21 qəbiristanlıqdakı 191 naməlum şəhid məzarından 183 meyit qalığı ekshumasiya edilib (doqquz məzar boş çıxıb, bir məzarda isə iki nəfərə aid meyit qalıqları aşkar edilib). Bu istiqamət üzrə 184 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib.
Göstərilən üç istiqamət üzrə ümumilikdə 282 məhkəmə molekulyar-genetik ekspertizası təyin edilib və götürülmüş nümunələr Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin laboratoriyasına təqdim edilib".
///Report

Xəbərlər     Tarix: 30 avqust 2022

Oxşar xəbərlər

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

Bu tarixlərdə ardıcıl olaraq 4 gün İŞ OLMAYACAQ

Azərbaycanda noyabr ayında ardıcıl 4 gün qeyri-iş günü olacaq. xəbər verir ki, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 8 Noyabr baza

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd


iqtisadi xeberler biznes xeberleri dollarin kursu bu gun bitkoin emlak xeberleri