2025-ci ildəki 60% artımdan sonra 2026-cı ildə qızılı nə gözləyir?

2025-ci ildəki 60% artımdan sonra 2026-cı ildə qızılı nə gözləyir?Ümumdünya Qızıl Şurasının (WGC) məlumatlarına görə, qızıl 2025-ci ildə 60%-dən çox bahalaşaraq tarixi maksimumlara çatdı və möhtəşəm nəticə göstərdi. Bu artım geosiyasi və iqtisadi qeyri-müəyyənlik, ABŞ dollarının zəifləməsi və müsbət qiymət dinamikası kimi amillərin birləşməsi ilə bağlı olub.
Metala "təhlükəsiz liman" kimi maraq artdı və həm investorların, həm də aktivlərini müxtəlifləşdirmək istəyən mərkəzi bankların davamlı diqqətini cəlb etdi.
Gələcəyə baxdıqda, 2026-cı il üzrə proqnoz davam edən qlobal qeyri-müəyyənlik fonunda formalaşır və qızılın qiyməti əsasən makroiqtisadi konsensus gözləntilərinə uyğun olaraq hərəkət edir. WGC qeyd edir ki, hazırkı şəraitdə ən real ssenari geniş qiymət diapazonu olsa da, sürprizlər də mümkündür.
İqtisadi və geosiyasi vəziyyətin inkişafından asılı olaraq qızıl üç mümkün trayektoriya üzrə hərəkət edə bilər: mülayim yüksəliş, kəskin yüksəliş və ya eniş. Aşağıda WGC-nin təhlili təqdim olunur:
Ssenari 1: "Yüngül sürüşmə" — mülayim optimist proqnoz
WGC-nin məlumatına görə, bazar iştirakçıları xüsusilə ABŞ-də iqtisadi artımın yavaşlaması ehtimalından narahatdırlar. Süni intellektlə bağlı gözləntilərin zəifləməsi və şirkət mənfəətlərinin azalması fond bazarlarına təzyiq göstərə bilər.
Bu, ABŞ-də əmək bazarının zəifləməsinə, istehlakçı fəallığının enməsinə və ümumi iqtisadi yavaşlamaya səbəb ola bilər.
Belə şəraitdə ABŞ Federal Ehtiyat Sistemi maliyyə şərtlərini yumşaltmaq üçün gözləniləndən daha kəskin faiz endirimlərinə gedə bilər. Daha aşağı faizlər, dolların zəifləməsi və artan geosiyasi risklər qızıl üçün mülayim əlverişli mühit yaradacaq.
Bu ssenaridə WGC 2026-cı ildə qızıl qiymətlərinin cari səviyyədən 5–15% arta biləcəyini proqnozlaşdırır. Aşağı faiz dərəcələri, zəif dollar, mərkəzi bankların sabit tələbi və Çinlə Hindistandan yeni investisiyalar qızılın qiymət artımını dəstəkləyəcək.
Ssenari 2: "Fəlakət halqası" — optimist proqnoz
WGC daha kəskin bir ssenarini də nəzərdən keçirir: artan geosiyasi və geo-iqtisadi risklər qlobal iqtisadiyyatın daha dərin və sinxron yavaşlamasına səbəb ola bilər. Ticarət gərginliyi, həll olunmamış regional münaqişələr və ya yeni geosiyasi ocaqlar qlobal etimadı zəiflədə bilər.
Belə şəraitdə şirkətlər investisiyaları azalda, əhali isə xərcləri ixtisar edə bilər, bu isə mənfi əks əlaqə yaradar və iqtisadi artımı daha da zəiflədir. Şura bunu "fəlakət halqası" adlandırır.
Bu durumda ABŞ Federal Ehtiyat Sistemi kəskin faiz endirimlərinə gedə bilər, uzunmüddətli gəlirlilik aşağı düşəcəl və investorlar qızıl kimi təhlükəsiz aktivlərə üz tutacaq.
Hesabata görə, bu ssenari qızıl üçün çox güclü dəstəkləyici mühit yaradaraq qiymətlərin 2026-cı ildə 15–30% artmasına səbəb ola bilər. Əsas drayverlər investor tələbinin artması, xüsusilə qızıl ETF-lərinə yatırımlar, və qızılın təhlükəsiz sığınacaq kimi cəlbediciliyi olacaq.
Ssenari 3: "Yenidən reflasiya" — mənfi proqnoz
Üçüncü ssenariyə görə, Tramp administrasiyasının fiskal və iqtisadi siyasətinin uğuru gözləniləndən daha güclü iqtisadi artıma gətirib çıxaracaq. "Reflasiyanın qayıdışı" fonunda inflyasiya artacaq və FED faiz endirimlərini dayandırmalı və ya hətta yüksəltməli olacaq.
Yüksək faiz dərəcələri və güclənən dollar investorların risk iştahını artıracaq və qızılın cəlbediciliyini azaldacaq. Bu durumda investorlar gəlirliliyi daha yüksək aktivlərə üstünlük verəcəl, qızıl ETF-lərindən vəsait çıxarışı başlayacaq.
WGC hesab edir ki, belə bir ssenaridə qızılın qiyməti 2026-cı ildə 5–20% arta bilər. Hərçənd uzunmüddətli investorlar və fürsətçi alıcılar müəyyən dəstək göstərə bilər, lakin yüksək gəlirlilik, təhlükəsiz aktivlərə tələbin azalması və mənfi qiymət dinamikası metal üçün çətin şərait yarada bilər.
Qızılın qiymətinə təsir edə biləcək digər amillər
Mərkəzi bankların tələbi qızıl üçün əsas dəstək amili olaraq qalır, xüsusilə inkişaf etməkdə olan ölkələrin ehtiyatları inkişaf etmiş ölkələrdən geri qalır. Geosiyasi gərginlik tələbi daha da artıra bilər. Lakin bu alışlar bazar amillərindən çox siyasi qərarlardan asılı olduğuna görə, pandemiyadan əvvəlki səviyyədən aşağı düşməsi mənfi effekt yarada bilər.
Digər tərəfdən, yüksək qiymətlərə baxmayaraq, qızılın girov kimi aktiv şəkildə istifadə edilməsi (xüsusilə Hindistanda) təkrar emal təklifini məhdudlaşdırır. İqtisadi vəziyyət pisləşərsə, girov qoyulmuş qızıl kreditlərinin məcburi likvidasiyası təklifi artıra, qiymətləri aşağı sala və qlobal miqyasda zəncirvari effekt yarada bilər.
Nəticə
2026-cı il üçün qızıl qiymətləri üzrə proqnoz iqtisadi qeyri-müəyyənlik və potensial bazar dəyişkənliyi ilə müəyyən olunur. Pessimist ssenarilər olsa da, iqtisadi yavaşlama, adaptiv siyasət və geosiyasi risklər qızıl tələbinə dəstək verməyə davam edəcək.
Mərkəzi bankların alışları və məhdud təkrar emal prosesi əlavə dəstək təmin edə bilər, baxmayaraq ki, müəyyən hallarda bu amillər də risk yarada bilər.
Ümumilikdə, qızıl investisiyaları üçün fürsətlər əlçatandadır və metalın şoklara qarşı müdafiə və diversifikasiya vasitəsi kimi rolu dəyişməz olaraq qalır. / banker.az

Maraqlı     Tarix: 12 dekabr 2025

Oxşar xəbərlər

Agile-in böyük illüziyası: sənaye mühəndislik elmini orta əsr empirizminə necə dəyişdi?

Son onilliklərdə İT sənayesi "qalib gəlmiş Agile" paradiqması daxilində yaşayır. Onun effektivliyinə yönələn istənilən şübhə dərhal "köhnəlmiş şəlalə modelinə" bağlılıq kimi damğalanır. Lakin məsələy

Qarabağ Universitetinə ötən il büdcədən 17 milyon manat ayrılıb

2025-ci ildə dövlət büdcəsindən Qarabağ Universitetinə 17 milyon manat məbləğində vəsait ayrılıb. Bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir. Sənəd Milli Məclisin İqtisad

Amerika 300 illiyin astanasında: növbəti yarım əsrdə bəşəriyyəti nə gözləyir?

Ay bazaları, yüz yaşa qədər həyat və nəhayət, uçan avtomobillər. 2076-cı ilə qədər açılacaq gələcək təsəvvür etdiyimizdən xeyli qəribə ola bilər. 1976-cı ilin aprelində, ABŞ-nin iki yüz illiyinin qeyd olunmasına üç ay qalmış

Əsl güc əvvəlki kimi qalmaq deyil, dəyişərək bərpa olunmaqdır

Dayanıqlılıq və ya dözümlülük son illərdə ən çox sevdiyimiz təriflərdən birinə çevrilib. Bu sözlə uşaqları, əməkdaşları, pasiyentləri, bütöv icmaları tərifləyirlər. O, məktəblərin şüarlarında, korporativ elektron məktublarda

ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?

XXI əsrdə güc təkcə süni intellektdən deyil, dronların, biotexnologiyaların, kvant hesablamalarının və digər qabaqcıl texnologiyaların inkişafından da asılıdır. Üstəlik, nəyisə ixtira etmək bacarığı qədər onu böyük miqyasd

Uorren Baffetin həyatını sadə saxlayan 5 minimalist vərdiş

Uorren Baffetin çoxmilyardlıq sərvəti onun şəxsi adalarda və meqa-yaxtalarda keçən həyat yaşadığını düşündürə bilər. Lakin onun gündəlik rejimi daha çox ABŞ-ın Orta Qərbində yaşayan təqaüdçü bir babanın həyatına bənzəyir

Apple 2027-ci ilədək ən azı 5 yeni iPhone təqdim etməyi planlaşdırır

Apple 2026-cı ilin ikinci yarısından 2027-ci ilin birinci yarısınadək ən azı 5 yeni iPhone modelini təqdim etməyi planlaşdırır. xəbər verir ki, bu barədə "Nikkei Asia" mənbələrə istinadən məlumat yayıb. VTB-də minima

NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb

Müxtəlif sahələrdə fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupu NEQSOL Holding, Association for Talent Development (ATD) tərəfindən təqdim olunan 2026 BEST Award mükafatının qalibi elan edilib. Bu mükafatla biznes strategiyas

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü


iqtisadi xeberler avtomobil xeberleri dollar kursu bitkoin valyuta kurslari