2050-ci ildə təbii qaza qlobal tələbat 34% artacaq
Təbii qaza qlobal tələbatın 2050-ci ildə 2022-ci ilə nisbətən 34 faiz artaraq təxminən 5.360 milyard kubmetrə çatacağı proqnozlaşdırılır.
Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 2050-ci ilədək olan dövrü əhatə edən hesabatına görə, 2022-ci ildə qlobal təbii qaz istehlakı təxminən 4.015 milyard kubmetrə çatıb.
Hesabatda tələb artımının əsas amilləri kimi əhalinin və iqtisadi istehsalın artması, havanın keyfiyyətinin yaxşılaşdırılması, istixana qazı emissiyalarının azaldılması, kömür və neftdən qaza keçidi hədəfləyən siyasətlər sadalanıb.
GECF qeyd edib ki, müvafiq olaraq, qlobal tələb artımının 52 faizinin Asiya-Sakit okean regionundan qaynaqlandığı təxmin edilir. "Bərpa olunan mənbələrin payı artdıqca, təbii qazla işləyən elektrik istehsalı quraqlıq dövrlərində günəş və külək enerjisi, habelə hidroelektrik enerjisinə əsas çeviklik və ehtiyat dəstəyi təmin edərək, getdikcə daha mühüm rol oynamağa hesablanıb. Regional baxımdan, gələcəkdə təbii qaza tələbat artımının sürətlə inkişaf edən Asiya Sakit Okean bazarları və qazla zəngin Yaxın Şərq və Afrika ölkələrindən gələcəyi gözlənilir", – deyə hesabatda vurğulanır.
Hesabatda, həmçinin təkcə elektrik enerjisi istehsalı sektorunda tələbat artımı 500 milyard kubmetr həcmində qiymətləndirilir. / banker.az
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin