24 filialı olan, 141 milyon manatlıq satış edən "Bolmart"ın sahibi - İLDƏ CƏMİ 27 MİN MANAT QAZANIB – HESABAT
Azərbaycanın iri ticarət şəbəkələri illik hesabatlarını açıqlayırlar.
FED.az xəbər verir ki, ölkənin tanınmış ticarət şəbəkələrindən olan "Bolmart"ın məxsus olduğu "Pro Mart" MMC illik hesabatını açıqlayıb.
Hesabata əsasən 2022-ci ildə "Bolmart"ın satış dövriyyəsi, yəni satışdan əldə edilən ümumi gəlirlər 141 milyon manat, satışın maya dəyəri isə 127,3 milyon manat olub. 2021-ci illə müqayisədə satış gəlirləri 32 milyon manat və ya 29% artıb. Satışın maya dəyəri isə 28 milyon manat və ya 28% artıb.
Nəticədə 2022-ci ildə "Bolmart"ın məcmu mənfəəti 13,8 milyon manat təşkil edib. 2021-ci ildə bu rəqəm 10,2 milyon manat idi.
2022-ci ildə "Bolmart" ilk dəfə olaraq marketinq və satışa rpul xərcləməyə başlayıb – təqribən 430 min manat.
Şirkətin ümumi və inzibati xərcləri isə 13 milyon 191 min manat olub – 2021-ci illəı müqayisədə 3 milyon manat və ya 30% artıb.
Şirkətin vergidən əvvəlki mənfəəti 34,3 min manat olub, 6,9 min manat mənfəət vergisi ödənişindən sonra 2022-ci ildə "Bolmart"ın xalis mənfəəti cəmi 27,4 min manat təşkil edib.
Qeyd edək ki, ötən il mənfəət bundan da aşağı olub – 14 min manat, ödənilən mənfəət vergisi isə 3,5 min manat təşkil edib.
Xatırladaq ki, "Bolmart"ın Bakıda və respublikanın müxtəlif bölgələrində 24 filialı var.
Hesabata əsasən 2022-ci ilin sonunda "Pro-Mart"ın, yəni "Bolmart"ın cəmi aktivləri 53 milyon manat yaxın olub. İl ərzində aktivlər təqribən 3 milyon manat artıb.
Şirkətin cəmi kapitalı 11,7 milyon manatdır, öhdəlikləri isə il ərzində təqribən 3 milyon manat artaraq 41,3 milyon manat təşkil edib.
"Bolmart"ın "Digər öhdəlikləri" 15,7 milyon manat, ticarət və digər kreditor borcları isə 17,3 milyon manat təşkil edir.
Xatırladaq ki, "PRO MART" MMC-nin sahibləri "AZ FAST MOVİNG BUSİNESS" MMC (50%) və "UNİTRADE GROUP" MMC (50%) şirkətləridir.
Hüquqi ünvanı Baki şəhəri Sabunçu rayonu, Bəşir Bünyadov (Bakixanov qəs.) ev.134-də yerləşən şirkətin qanuni təmsilçisi isə Məmmədov Ramil Əşrəf oğludur.



EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Onlayn biznes növləri
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Biznesə aid ən yaxşı 10 kitab
Onlayn biznes ideyaları
Dizaynerlər üçün TOP-5 Freelance sayt