"2,5 milyon xərc qoyduğum restorandan qanunsuz çıxarılıram" - "OBYEKT ƏDLİYYƏ GENERALINA MƏXSUSDUR"

Bakı şəhər Səbail rayonu Nizami küçəsi 96 ünvanında yerləşən "Haven" restoranının icarədarı Ələkbər Həbibov obyektin mülkiyyətçisini onu işlədiyi yerdən qeyri-qanuni şəkildə çıxarmaqda ittiham edir.
Sahibkar: "Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM" - MÜSAHİBƏ-1
Sahibkar: "Dövlət qurumları da, sakinlər də mane olurdu – BİZNESİMİ BAĞLAYIRAM" - MÜSAHİBƏ-4
FED.az biznes və maliyyə xəbərləri portalı "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ə.Həbibov 807 kvadrat metr sahəsi olan obyektin sahibi Mahmud Kərimovun Bakı Apellyasiya Məhkəməsindən qanunsuz qərar çıxartdığını və icarə müqaviləsinin şərtlərini pozduğunu iddia edir.
Həm də tanınmış idmançı olan şikayətçi bildirib ki, obyekt əslində Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin keçmiş rəisi ədliyyə generalı İlqar Məmmədova məxsusdur: "Onunla aramızda centlmen razılığı əldə etdikdən sonra heç bir müqavilə olmadan ona məxsus, şəhərin mərkəzində yerləşən "Haven" restoranına 2,5 milyon manat sərmayə qoyaraq təmir etdirdim və orada fəaliyyətə başladım. Şifahi olaraq razılaşdıq ki, obyektin əsaslı təmirinə qoyduğum sərmayə müqabilində İlqar Məmmədov obyekti mənə uzunmüddətli (ən azı 10 il) icarə müqaviləsi bağlamaq şərti ilə verəcək. Lakin obyektin sahibi təmir bitdikdən sonra öz vədinə əməl etməyərək cəmi 1 illik müqavilə bağladı. Həmin müqavilə bir neçə dəfə uzadıldıqdan sonra öz hüququndan sui-istifadə edərək məndən əsassız olaraq obyekti boşaltmağımı tələb edirlər".
Ə.Həbibov iddia edir ki, general İlqar Məmmədov öz əlaqələrindən istifadə edərək heç bir əsas olmadan restoranın fəaliyyətinin dayandırılması və istifadəsinin qadağan edilməsi üçün qanunsuz və ədalətsiz qərar qəbul etdirib: "Bakı Apellyasiya Məhkəməsi qərarında işin hallarını qəbul olunmuş qərar şəklində təqdim edir, lakin əslində bu, iddianın təmin olunmasına dair müvəqqəti tədbir idi ki, bu da məhkəmənin mahiyyəti üzrə baxışının nəticəsini əvvəlcədən müəyyənləşdirdi. Halbuki qanuna görə, iddianın təmin olunması üçün müvəqqəti tədbirə dair məhkəmə qərarı, məhkəmə baxışının nəticəsini müəyyən etməməlidir.
"Şuşa" restoranının sökülməsinin səbəbi açıqlandı - Qanunsuz özəlləşdirilib
Hakimlər beləliklə, bütün məhkəmə prosesinin taleyini həll ediblər. Həmçinin verilmiş qərarda nə mənim vaxtında ödənilmiş icarə haqlarım, nə də ki obyektə buraxılmış sərmayəm barəsində bir məlumat verilir. Qanunla icarə müqaviləsinin ləğv edilməsi və ya icarə haqqının tutulması ilə bağlı məhkəməyə müraciət etmək imkanı olduğu halda, faktiki icarədar, Ədliyyə Nazirliyinin sabiq Baş Qeydiyyat və Notariat İdarəsinin rəisi İlqar Məmmədov (obyekt onun doğma dayısı Mahmud Kərimovun adına rəsmiləşdirilib İ.Ə) öz əlaqələrindən istifadə edərək məhkəmə prosesinə müdaxilə edib və mənə qarşı qanunsuz və ədalətsiz qərar qəbul etdirib".
FHN "Xəngəland"ın fəaliyyətini dayandırıb - FOTO - VİDEO
Şikayətçi əlavə edib ki, geridə qalan illər ərzində obyektin sahiblərinə bir milyon manatdan çox icarə haqqı ödəyib: "Həmin obyektdə göstərdiyi sahibkarlıq fəaliyyətindən dövlət büdcəsinə 400 000 manata yaxın vergi də ödəmişəm. İcarə müqaviləsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və ya məhkəmə qərarı ilə ləğv edilə bilər. Lakin Bakı Apellyasiya Məhkəməsi bu vacib məsələni nəzərə almır və qərarın "müvəqqəti xarakter daşıdığına" istinad edir. Digər tərəfdən, hakimlər Elnur Həsənov, Təranə Mahmudova və Ziya Şirinov verdikləri qərarla mahiyyəti üzrə işin nəticəsini faktiki olaraq həll ediblər ki, bu da qanunsuzdur və məhkəmə təcrübəsinə ziddir. Hakimlər mənimlə yanaşı, orada çalışan 35 əməkdaşı işsiz qoymaqla onların ailəsinə zərər vurublar".
Şikayətçi məsələyə ədalətli münasibətin göstəriləcəyinə ümid etdiyini vurğulayıb.
Qeyd edək ki, Ə.Həbibov tanınmış heykəltaraş, SSRİ Dövlət Mükafatı laureatı və Azərbaycanın Xalq Rəssamı İbrahim Zeynalovun nəvəsidir.
Bakı Apellyasiya Məhkəməsindən sorğumuza cavab olaraq bildirilib ki, sahibkarın şikayətində qeyd etdiyi məsələlərlə bağlı araşdırma aparılıb: "Baxılmış müvəqqəti təminat tədbiri ilə bağlı yayınlanmış məqalələrdə yer alan fikirlərlə bağlı bildiririk ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsində müqavilənin 19.10.2024-cü il tarixinə qədər qüvvədə olacağı, icarə haqqının ardıcıl 20 gün ödənilməməsi halında müqaviləyə "İcarə verən"in təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəyi, müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçiriləcəyi razılaşdırılmış, icarəyə verən (mülkiyyətçi) icarəyə götürənin icarə haqqı borcunu vaxtında ödəməməsini əsas gətirərək məhz icarə müqaviləsində nəzərdə tutulan qaydada müqaviləni birtərəfli qaydada ləğv etdiyi barədə iradə ifadəsini bəyan etməklə müqavilə münasibətlərini sonlandırılıb.
Nyu-Yorkun "Bakı" restoranının sahibi: "Azərbaycan təamlarını Hilları Klinton da dadıb" - MÜSAHİBƏ
Taleh Yüzbəyov məşhur kafesinin bağlanmasının və 18 min manat cərimənin – SƏBƏBİNİ AÇIQLAYIB
Apellyasiya instansiyası məhkəməsi də tərəflər arasında bağlanmış icarə müqaviləsinin icarəyə verənin (mülkiyyətçinin) birtərəfli iradə ifadəsi əsasında ləğv olunduğunu nəzərə alaraq müvafiq qərardad qəbul edib. Nəzərə alınmalıdır ki, qanunvericiliyə görə, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab olunmur".

Biznes     Tarix: 10 yanvar 2025

Oxşar xəbərlər

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb

AZCON Holding və İspaniyanın nüfuzlu IE Universitetinin biznes məktəbi olan "IE Business School"un əməkdaşlığı çərçivəsində Holdinq və şirkətlərin strateji rəhbər heyəti üçün təşkil olunmuş "Global Senior Management"

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 418 Azərbaycan investisiyalı şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Gürcüstanın "BusinessPress" nəşri yazıb. Gürcüstanın Milli Statistika İdarəsinin məlumatın

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey


iqtisadi xeberler bitkoin valyuta xeberleri telefonla pul qazanmaq bu gunun xeberleri