749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısı alındı

749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısı alındıİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycandan 749 min manat pulun xaricə qanunsuz köçürülməsinin qarşısını alıb.
KONKRET.azbu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin əldə etdiyi məlumat nəticəsində müəyyən olunub ki, Bakı sakini Əkbərov Şəhriyar Hafiz oğlu digərləri ilə qabaqcadan əlbir olaraq və bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, "Laçın" və "Sədərək" ticarət mərkəzlərinin ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərlə əvvəlcədən razılıq əldə edərək onlara məxsus pul vəsaitlərinin əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə qanunsuz olaraq köçürülməsini təşkil ediblər. Belə ki, həmin şəxslər pul vəsaitinin məbləğindən asılı olaraq 1,1-1,2 % qazanc müqabilində Azərbaycandan Türkiyə, Çin və Birləşmiş Ərəb Əmirliklərində (Dubay şəhərində) pul sahiblərinin əvvəlcədən bildirdikləri şəxslərə qanunsuz olaraq köçürmələr təşkil ediblər.
Qurulmuş sxemə əsasən, qanunsuz əməllərin törədilməsinə kuryer kimi cəlb edilmiş Soltanov Ramin Akif oğlu və Abızadə Əlzamin Abdulsəməd oğlu vasitəsilə müxtəlif şəxslərə aid pul vəsaitlərinin toplanması təşkil olunub, həmin vəsaitlər paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzində icarəyə götürülmüş ofisdə Nağıyev Raman Şahin oğluna verilib. Sonuncu isə qanunsuz köçürüləcək pul vəsaitlərinin hansı valyutada olması və məbləği barədə məlumatları Ş.Əkbərova ötürüb. Bundan sonra Ş.Əkbərov Türkiyə, Çin və Dubaydakı etibar etdiyi şəxslərə məlumat verməklə qanunsuz olaraq pul vəsaitlərinin köçürülməsi fəaliyyətini təşkil edib.
Əldə edilmiş məlumatlar əsasında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin əməkdaşları Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 28.09.2023-cü il tarixli qərarı ilə paytaxtın Səbail rayonu ərazisindəki Biznes Mərkəzinin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş avtodayanacaq meydançasında Abızadə Əlzamin Abdulsəməd oğlunun idarə etdiyi "Toyota Prius" markalı 90 TY 929 dövlət qeydiyyat nişanlı avtomobildə onunla birlikdə olan sərnişinlər Soltanov Ramin Akif oğlu və Nağıyev Raman Şahin oğlunu saxlayıblar. Dəstənin Biznes Mərkəzindəki ofisində iki nəfər hal şahidinin iştirakı ilə əl çantalarına baxış keçirilib. Baxış zamanı R.Soltanov və Ə.Abızadəyə məxsus sellofan bağlamalarda, həmçinin R.Nağıyevə məxsus əl çantasında cəmi 318 190 ABŞ dolları və 208 410 manat olmaqla, ümumilikdə 749 333 manat məbləğində qanunsuz olaraq köçürüləcək pul əskinasları aşkar edilərək götürülüb.
Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin İstintaq və təhqiqat idarəsində Ş.Əkbərov və digərlərinin qaçaqmalçılıq əlamətləri olmadan əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsulları ilə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə və yaxud xarici ölkədən Azərbaycana köçürülməsi fəaliyyətilə məşğul olması faktı üzrə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla müəyyən edilib ki, həmin şəxslər 749 333 manat pul vəsaitlərinin qanunsuz olaraq Azərbaycandan xarici ölkəyə köçürülməsini təşkil edib. Cinayət işi üzrə Ş.Əkbərov 30 sentyabr 2023-cü il tarixdə Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunub. Həmin tarixddə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə Ş.Əkbərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərlər     Tarix: 05 oktyabr 2023

Oxşar xəbərlər

Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək

Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Avstraliya Ehtiyat Bankı faiz dərəcələrini sabit saxlaya bilər

Avstraliya Ehtiyat Bankı (RBA) 3–4 noyabr tarixli siyasət iclasının protokollarını açıqlayaraq, daxil olan iqtisadi məlumatların gözləniləndən daha güclü olması halında nağd pul faiz dərəcəsini hazırkı səviyyədə saxlaya biləcəyin

"Maliyyə sektorunda inkişaf dinamikası bu qədər güclü olmayıb"

"Son illərdə müşahidə olunan inkişaf dinamikası maliyyə sektorunda heç vaxt indiki qədər güclü olmayıb. Bu dinamika nəzərə alınaraq Mərkəzi Bank nəzarət siyasəti, texnoloji həllər və məhsul yanaşması üzrə mühüm dəyişikliklə

Fed İdarə Heyətinin keçmiş üzvü Kuqlerin qaydaları pozduğu meydana çıxıb

Keçmiş FED İdarə Heyətinin üzvü Adriana Kuqlerin bu yay qəfil istefa verməsindən sonra onun FED-in etik qaydalarını pozan çoxsaylı maliyyə əməliyyatları etdiyi üzə çıxıb. xəbər verir ki, hökumət sənədlərinə əsasən, məsəl

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Yeni layihə - Sərnişinlər hansı istiqamətə hansı müddətdə çatacaqlarını təyin edəcəklər

Bakı metrosunun yeni mobil əlavəsinin yaradılması üzərində iş aparılır. xəbər verir ki, bu barədə məlumat verən "Bakı Metropoliteni" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Bəxtiyar Məmmədovun sözlərin

Fransaya 9,2 milyard avro sərmayə qoyulub - Şirkət rəhbərləri narazıdır

Fransa Maliyyə Nazirliyi şirkətlərin ölkəyə sərmayə qoymaq üçün 9,2 milyard avro öhdəlik götürdüyünü açıqlayıb. Siyasi təlatümlərə baxmayaraq, hökumət avrozonanın ikinci ən böyük iqtisadiyyatının cəlbedici biznes məkanı olara

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b


iqtisadi xeberler bu gunun xeberleri internetden pul qazanmaq bitkoin almaq dollar kursu