75 marketi olan, 254 milyon satış edən "Rahat market"in sahibi – İLDƏ CƏMİ 384 MİN MANAT QAZANIB

75 marketi olan, 254 milyon satış edən Azərbaycanın iri ticarət şəbəkələri illik göstəricilərini açıqlayırlar. 
FED.az xəbər verir ki, Bakıda və respublikanın bölgələrində 75 marketə sahib olan "Rahat Market" şəbəkəsinin sahibi "ANC Group" da hesabatını açıqlayıb. 
Azərbaycanda market şəbəkələri - BİRLƏŞDİ
"Megastore" 20 milyon manatlıq dövriyyədən - CƏMİ 4 MİN MANAT QAZANIB – RƏSMİ HESABAT
Xatırladaq ki, öz növbəsində "ANC Group" şirkəti iki şəxsə – "ABDA RETAİL İNVESTMENT HOLDİNG LTD" şirkətinə (90% paya malikdir) və Babakişiyev Cəlal Rasim oğluna (10% paya malikdir) məxsusdur. 
Şirkətin açıqladığı hesabata əsasən 2022-ci ildə "Rahat Market"lərin satışdan gəlirləri, yəni illik satış dövriyyəsi 254 milyon manat olub. 2021-ci illə müqayisədə satış dövriyyəsi 50 milyon manat və ya 24% artıb. 
Satışın, yəni satılan məhsulların maya dəyəri isə 219 milyon manat olub, bu göstərici isə 2021-ci illə müqayisədə 40 milyon manat və ya 22% artıb. 
Nəticədə 2022-ci ildə şirkətin satışdan məcmu mənfəəti 35,4 milyon manat olub. 
2022-ci ildə "Rahat Market" marketinq məqsədləri ilə 761 min manat xərcləyib. Ümumi və inzibati xərclər isə 34,2 milyon manat olub. 
Nəticədə şirkətin illik fəaliyyətinin nəticəsi olaraq əməliyyat mənfəəti 384 min manat olub, beləliklə "Rahat Market"lər 2022-ci ili elə həmin məbləğdə 384 min manatlıq xalis mənfəətlə tamamlayıb. 
Bu rəqəm şirkətin ötənilki göstəricisindən hələ 14% artıqdır - "Rahat Market" 2021-ci ili 337 min manat mənfəətlə tamalamışdı. 
2022-ci ildə "Rahat Market"in cəmi aktivləri 21 milyon manat artaaq 79 milyon manatdan 100 milyon manata çatıb. Bunun 48 milyon manatı marketlərdə və anbarlarda olan mal-material ehtiyatları, 38 milyon maat isə digər aktivlərdir. 
Şirkətin kapitalı dəyişməyib – 7 milyon manatdır. 
2022-ci ildə "Rahat Market"in öhdəlekləri  də sürətlə artaraq 72 milyon manatdan 93 milyon manata yüksəlib. Öhdəlikləri isə 20 milyon manat artaraq 47 milyondan 67 milyon manata yüksəlib. Əsas artım ticarət və kreitor boclarının hesabına baş verib – 38 milyon manatdan 53 milyon manata. 
75 marketi olan, 254 milyon satış edən 75 marketi olan, 254 milyon satış edən

Biznes     Tarix: 02 iyun 2023

Oxşar xəbərlər

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Üç xarici şirkətin Azərbaycandakı Filialı – BAĞLANIR

Daha üç xarici şirkət Azərbaycandakı fiallarını bağlamaq qərarına gəliblər. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, söhbət "Viking İnternational Limited" şirkətinin filialından (VÖEN: 1701601701), "Verti

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun