ABB daha bir maraqlı xidməti təqdim etdi
(®) Yeni rəqəmsal təcrübələrlə müştərilərin işini asanlaşdıran ABB daha bir maraqlı xidməti təqdim edib.
Bank özünün partnyor şəbəkəsinə aid olan e-ticarət saytlarında və mobil tətbiqlərdə tokenlə (Apple Pay/Google Pay) ödəniş imkanı yaradıb.
Belə ki, indi müştərilər ABB partnyorunun saytına və ya mobil tətbiqinə daxil olduqda ödənişi elektron pulqabındakı istənilən kartla dərhal ödəyə bilirlər. Müştərinin hər hansı kart məlumatlarını daxil etməsinə, əlavə eyniləşdirmə üsullarına ehtiyac qalmır.
ABB layihəni Visa ilə tərəfdaşlıq əsasında reallaşdırıb. ABB-nin e-ticarət tərəfdaşları üçün yaratdığı bu imkan onlara məxsus sayt və mobil tətbiqlər üzərindən daha rahat, sürətli və təhlükəsiz ödənişləri təmin edəcək.
Partnyorlar ABB-yə müraciət edərək müştərilər üçün "Apple Pay" və "Google Pay" ilə onlayn ödənişlərin qəbulunu aktivləşdirə bilərlər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / marja.az
Türk İnkişaf Bankı yaradıla bilər
Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə
"Kapital Bank"ın işçi sayı 6 minə yaxınlaşıb
"Kapital Bank" ASC 2026-cı ilin ilk yarısı üzrə işçi heyətinin rüblük dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin yanvarın 1-nə olan məlumata görə bankda
"AccessBank" PaloAlto Firewall 2026 tenderi elan edir
"AccessBank" QSC maraqlanan təşkilatları tenderdə iştirak etməyə dəvət edir. Bankın məlumatında deyilir ki, PaloAlto Firewall 2026 tenderi elan olunub. Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər ətraflı məluma
ABB ilə Davr Bank arasında əqd prosesi tamamlandı
ABB Maliyyə Qrupu ilə Özbəkistanda fəaliyyət göstərən Davr Bank kommersiya bankı arasında əqdin bağlanması prosesi uğurla tamamlanıb. ABB-yə istinadən xəbər verir ki, əqd 10 sentyabr 2026-cı il tarixində Daşkənd Fond Birjasınd
Enerji xərclərinizi "Unibank"la azaldın
Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr