ABB Naxçıvan filialını da yenilədi

ABB Naxçıvan filialını da yenilədi®ABB böyük iqtisadi potensiala malik Naxçıvan Muxtar Respublikasında da fəaliyyətini genişləndirir və müştərilərə xidmətin keyfiyyətini artırır. Bankın filiallarının transformasiyası layihəsi çərçivəsində ABB-nin Naxçıvan şəhərindəki filialı da yenilənib. Filial şəhərin mərkəzində  – Heydər Əliyev prospekti 13A ünvanında yerləşən yeni binasında xidmətə başlayıb. 
ABB-nin yeni brend kimliyinə, müasir inkişaf konseptinə uyğunlaşdırılmış binada bizneslərin, eləcə də fərdi müştərilərin universal maliyyə xidmətlərinə olan ehtiyaclarının təmin edilməsi üçün hər cür şərait yaradılıb.
Müştərilər ABB-nin Naxçıvan filialında müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi müxtəlif xidmətlərdən faydalana bilərlər.
ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev bildirib ki, Bankın Naxçıvan filialı regiondakı cari fəaliyyəti ilə yanaşı, bank sektorunun regional inkişafına da öz töhfəsini verməkdə davam edəcək: "ABB olaraq qabaqcıl təcrübə və imkanlarımızdan istifadə edərək bundan sonra da əhaliyə rahat, əlçatan və keyfiyyətli xidmət göstərəcək, regionda bizneslərin inkişafını dəstəkləyəcəyik".
Filialın açılışında Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin rəhbərliyi də iştirak edib.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 24 may 2024

Oxşar xəbərlər

Bankların adından istifadə edən daha bir haker şəbəkəsi aşkarlanıb

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bank və bank olmayan kredit təşkilatlarının adından istifadə edərək fişinq yolu il

Unibank Qlobal Pul Həftəsi çərçivəsində məktəblilər üçün tədbir keçirib

Unibank KB 16–22 mart tarixlərini əhatə edən "Qlobal Pul Həftəsi" (Global Money Week) münasibətilə məktəblilər üçün maarifləndirici tədbir təşkil edib. Tədbirin məqsədi gənc nəslə maliyyə savadlılığının əhəmiyyətin

Kartmane taksit kartı istifadəçiləri üçün "Novruz payı" kampaniyası

Rabitəbank müştərilərinə daha rahat və sərfəli alış imkanları təqdim etmək məqsədilə Taksit kartı üzrə yeni kampaniyaya start verib. Kampaniya çərçivəsində Kartmane Taksit kartı sahibləri həm gündəlik alışlarını, həm də onlay

Kapital Bank-da məktəblilər üçün "Smart Money Talks" sessiyası təşkil edildi

Ölkənin birinci bankı Kapital Bank Qlobal Pul Həftəsi (Global Money Week) çərçivəsində məktəblilərin maliyyə savadlılığının artırılmasına yönəlmiş "Smart Money Talks" adlı maarifləndirici sessiya təşkil edib. Dünyanı

VTB (Azərbaycan) "A. A. Banişevski adına Bakı Kuboku"nun rəsmi tərəfdaşı olacaq

VTB (Azərbaycan) 19–21 mart 2026-cı il tarixlərində Bakıda keçiriləcək uşaqlar üçün keçiriləcək "A. A. Banişevski adına Bakı Kuboku"nun rəsmi tərəfdaşı olacaq. "A. A. Banişevski adına Bakı Kuboku" L. İ

Erkən maliyyə savadlılığı üçün 15 sadə qayda

Martın 16-dan bütün dünyada, o cümlədən Azərbaycanda Qlobal Pul Həftəsi başlandı və martın 22-ə qədər davam edəcək. Qlobal Pul Həftəsi uşaqların erkən yaşlarından maliyyə ilə bağlı bilik və bacarıqlara yiyələnməsi üçün aparıla

"ABB" xarici bankda iştirak payı (nəzarət səhm paketi) alacaq

"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 24.5-ci maddəsini rəhbər tutaraq, "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - "ABB" ASC) İdarə Heyəti Sizin nəzəriniz

Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub

Dünyanın 170-dən çox ölkəsində qeyd olunan və uşaqların, gənclərin erkən yaşlarından maliyyə biliklərinə yiyələnməsini hədəfləyən "Qlobal Pul Həftəsi" (Global Money Week 2026) Azərbaycanda da start götürüb. İqtisad

ABB-eSİM xidməti istifadəyə verildi

() Yeni strateji inkişaf dövründə həyat tərzi bankçılığına da xüsusi diqqət yetirən ABB səyahətsevərlərin eyni bir platformadan xidmət almaq imkanlarını genişləndirir. Bank indiyə qədər özünün ABB mobile tətbiqində səyahə


iqtisadi xeberler dollar kursu internetden pul qazanmaq pul qazanmaq telefonla pul qazanmaq