ABŞ: "Azərbaycan və Ermənistan arasında münaqişənin hərbi yolla həlli yoxdur"
ABŞ Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsindən narahatdır. Lakin hesab edir ki, iki ölkə arasındakı münaqişənin hərbi yolla həlli yoxdur.
KONKRET.azxarici mediaya istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi keçirdiyi brifinqdə deyib.
O bildirib ki, ABŞ Ermənistan və Azərbaycan hakimiyyəti ilə əməkdaşlıq edir:
"Biz bunu çoxdan deyirik, amma yenə də təkrarlamaq vacibdir. Bu münaqişənin hərbi yolla həlli yoxdur. Biz növbəti hərbi əməliyyatlardan çəkinməyə çağırırıq. Həmçinin hər iki ölkəni birbaşa kommunikasiya kanallarını bərpa etməyə və böhrandan çıxmaq üçün diplomatik prosesə yenidən əməl etməyə çağırırıq", – deyə Kirbi əlavə edib.
İqbal Rzayev,
KONKRET.az

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
"Freelance" nədir?
Digital Card nədir?
"iPhone 15" modelinin üstünlükləri