ABŞ-da 1 milyard dollarlıq bitkoin oğurlayan şəxs ələ keçib
ABŞ-ın Corciya ştatının sakinindən 50 min bitkoin və ya təxminən 1 milyard dollar dəyərində kriptovalyuta müsadirə edilib.
ABŞ Ədliyyə Nazirliyinin açıqlamasında bildirilib ki, o, rəqəmsal aktivləri oğurlamaq üçün fırıldaqçılıqda günahını etiraf edib.
Müstəntiqlərin fikrincə, cinayət 2012-ci ilin sentyabrında baş verib. O zaman şübhəli Ceyms Çjun "Silk Roud" ticarət platformasından 50 minə yaxın bitkoin oğurlayıb.
Açıqlamaya görə, o, kiçik məbləğlərlə saytda hesablar qeydiyyatdan keçirib və sonradan xidmətdəki boşluqdan istifadə edərək eyni anda həmin hesablardan bir neçə dəfə pul çıxarıb. Beləliklə də, Çjun yatırdığından daha artıq məbləğlər əldə edib. O, oğurlanmış bitkoinlər kimliyini və vəsaitin mənbələrini gizlətmək üçün müxtəlif pul kisələrinə köçürüb.
2021-ci ilin noyabrında oğurlanmış bitkoinlərin əhəmiyyətli bir hissəsi Çjunun evinin zirzəmisindəki seyfdə olan rəqəmsal daşıyıcıda tapılıb. Kriptovalyutanın daha bir kiçik hissəsi isə tualetdə saxlanılan kompüterdə aşkar edilib.
Çjun 2022-ci ilin martında istintaqla əməkdaşlığa başlayıb və mindən çox bitkoini könüllü olaraq təhvil verib. Hazırda onu 20 ilə qədər həbs cəzası gözləyə bilər.
Qeyd edək ki, "Silk Roud" bazarı 2011-ci ildən 2013-cü ilə qədər məxfi internet məkanında fəaliyyət göstərib. / banker.az
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən eniş müşahidə olunub. xəbər verir ki, "CoinMarketCap"də "Bitcoin" 2,09% ucuzlaşaraq 79 045,34 ABŞ dollarına enib. "Ethereum" sutka ərzində 1,58
Azərbaycanda kriptovalyuta haqqında qanun qəbul ediləcək
Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər. Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankını
"Bitcoin" 64 min dollara çatıb - SON qiymət
Kriptovalyuta bazarının ümumi kapitallaşması son sutkada 0,01% artaraq 2,19 trilyon dollara çatıb. xəbər verir ki, "Bitcoin"in qiyməti 63 991 dollar olub ki, bu da son 24 saatda 0,16% artım deməkdir. "Ethereum"
Bitkoin ucuzlaşa bilər - Proqnoz
Kriptovalyuta bazarında qiymətlər enməyə başlayıb. Bitkoin 100 min dollarlıq həddən aşağı düşüb və hazırda 95 min dollar tərafında ticarət edilir. xəbər verir ki, vəziyyət artıq bir neçə gündür davam edir. Verilən proqnoz
"Bitcoin" 80 min dollardan aşağı düşüb - SON QİYMƏT
Son sutkada kriptovalyuta bazarında qarışıq dinamika müşahidə olunub. xəbər verir ki, CoinMarketCap platformasında "Bitcoin"in qiyməti son 24 saatda 1,19% azalaraq 79 662,81 ABŞ dolları təşkil edib. "Ethereum"u
"Bitcoin" 77 min dollara yaxınlaşıb - SON QİYMƏT
Kriptovalyuta bazarında son sutka ərzində əsasən müsbət dinamika müşahidə olunub. xəbər verir ki, "Bitcoin" son 24 saatda 0,12% bahalaşaraq 76 980,26 ABŞ dollarına yüksəlib. "Ethereum" sutka ərzində 1,08