ABŞ gələn il üçün qlobal neft tələbatı üzrə proqnozunu artırıb
ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-2024-cü illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu korrektə edib.
Gələn il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102.2 mln. barel səviyyəsində olacaq, bu da öncəki proqnozdan 0.06 mln. barel çoxdur.
Hesabata əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 100.47 mln. barel səviyyəsində olacaq ki, bu da əvvəlki proqnoz göstəricisindən 0.01 mln. barel azdır. 2022-ci ilin göstəricisi ilə müqayisədə 2023-cü ildə qlobal tələbat üzrə artım 1.11 mln. barel təşkil edəcək.
Qeyd olunur ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99.36 mln. barel olub, bu da illik müqayisədə 1.8 mln. barel çoxdur.
Xatırladaq ki, 2021-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 97.56 mln. barel olub. 2020-ci ildə qlobal gündəlik istehlak 91.81 mln. barel təşkil edib, 2019-cu ildə isə bu göstərici 101.23 dollar səviyyəsində olub.
Beləliklə, EIA məlumatlarını nəzərə alaraq, belə bir qənaətə gəlmək olar ki, maye karbohidrogenlərə olan tələbat koronaviris pandemiyasından əvvəlki səviyyəni bu il yox, gələn il ötəcək. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
SWIFT nədir?
Mcdonalds françayzinqi neçiyədir?
5 liderlik göstəricisi
Onlayn biznes növləri
Dünyanın ən zəngin idmançıları