ABŞ-ın kriptovalyutaya qarşı yeni xaç yürüşü

ABŞ-ın kriptovalyutaya qarşı yeni xaç yürüşüAmerika tənzimləyiciləri kriptovalyuta bazarına yeni hücuma başlayır. Hücumun məqsədi – kriptovalyuta risklərinin banklara yayılmasına və yeni böyük böhrana səbəb olmasına imkan verməyəcək kriptovalyuta bazarı ilə ənənəvi maliyyə sistemi arasında "Çin divarı" yaratmaqdır.  Bu siyasətin əsas qurbanı steyblkoinlər ola bilər – dollara bağlı olan və kriptovalyuta ilə ənənəvi maliyyə arasında əsas "körpü"nü təmsil edən kriptovalyutalar.
Nə baş verdi
ABŞ tənzimləyiciləri ən böyük kriptovalyuta birjası "Binance"a Binance USD (BUSD) steyblkoini vasitəsilə dolayı zərbə vurвг. BUSD steyblkoinin emitenti kriptovalyuta bazarında müstəqil və tanınmış şirkət olan "Paxos Trust"dır. Formal olaraq, nə o, nə də BUSD özü «Binance» ilə əlaqəli deyil. "Financial Times" qeyd edir ki, əslində, yanvar ayında "Binance"ın dövriyyəsinin təxminən 40%-ni BUSD təşkil edirdi. BUSD kapitallaşma (təxminən 16 milyard dollar) və bazar payı (12%) baxımından Tether və USD Coin-dan sonra dünyada üçüncü steyblkoindir.
Bazar günü məlum oldu ki, ABŞ Qiymətli Kağızlar Komissiyası (SEC) "Paxos"u investorların hüquqlarını pozduğuna görə məhkəməyə verəcəyi barədə xəbərdarlıq edib. Bazar ertəsi Nyu-York şəhərinin Maliyyə Xidmətləri Departamenti BUSD-nin buraxılmasına birbaşa qadağa qoyub. Tənzimləyicilər hesab edirlər ki, BUSD "Paxos"un iddia etdiyi kimi rəqəmsal aktiv deyil, lazımi icazə olmadan bazara çıxarılan və tənzimləmədən yan keçərək satılan qiymətli kağızdır.
Tənzimləyicilərin BUSD-yə qarşı iddialarının əsas səbəbi buraxılmış kriptovalyutanın real aktivlərlə tam təmin olunmadığına dair şübhələrdir. Yeri gəlmişkən, bunu rəqib şirkət, USDC-in emitenti qeyd edib. "Paxos" özü tənzimləyicilərin tələblərinə cavab verəcəyini, BUSD-in real aktivlərlə təmin olunduğunu və müştərilərin ən azı 2024-cü ilin fevralına qədər tokenləri geri ala biləcəklərini bildirib.
BUSD steyblkoinindən "qaçış" baş verməsə də, investorlar pullarını geri götürməyə davam edirlər. Qadağadan dərhal sonra, bazar ertəsi günü, BUSD dollara nisbətdə paritetini itirərək 98 sentə düşdü. İnvestorlar təcili olaraq vəziyyətdən çıxış yolu axtarmağa başladılar və BUSD steyblkoinini USDT-yə çevirməyə tələsdilər. BUSD ilə bağlı ilk hesabatdan bir saat sonra müştərilər "Binance"dan 500 milyon dollar çıxarıblar.
Niyə bu vacibdir
Bir çox keçmiş və indiki tənzimləyici, sənaye insayderləri və lobbiçi ilə danışan "Bloomberg", baş verənlərin "FTX" kriptobirjasının çökməsindən sonra mərkəzləşdirilməmiş maliyyə sektoruna tənzimləyicilərin ilk koordinasiyalı hücumunun bir hissəsi olduğu qənaətinə gəlib. Əsas vəzifə – kriptovalyuta layihələrinin böyüməsinin və ənənəvi maliyyə infrastrukturuna inteqrasiyasının qarşısını almaqdır.
İlin əvvəlində üç tənzimləyici – FED, Valyuta Nəzarəti İdarəsi və Federal Əmanətlərin Sığortalanması Korporasiyası birgə bəyanat yayaraq, ABŞ banklarını kriptovalyuta bazarında daha diqqətli olmağa və onların yayılmasının qarşısını almağa çağırıb. "Bloomberg" deyir ki, tənzimləyicilər banklara ABŞ-da qeydiyyatdan keçməmiş müştərilərlə işləyərkən pozuntulara görə məsuliyyət daşıdıqları barədə xəbərdarlıq edir.
Misal olaraq "Binance" kriptobirjasını gətirmək olar. O, ötən həftə dollarla depozitləri qəbul etməyi və buraxmağı dayandırdığını açıqladı, çünki uzun müddətdir tərəfdaş olduğu "Signature Bank" onunla əməkdaşlığı dayandırdı. "Binance"ın rəqibi olan "Crypto.com" da eyni problemlərlə üzləşdi.
"Tənzimləyicilər 2008-ci il maliyyə böhranına səbəb olan sistem zəifliklərinin qarşısını almaq üçün kriptovalyuta bazarı, banklar və törəmə alətlər bazarı arasında divarlar tikirlər", – Kolumbiya Universitetinin "Richman Center" mərkəzinin baş əməkdaşı Todd Beyker deyir. Tədqiqatçı özü hesab edir ki, kriptovalyuta ticarəti qumar qanunlarına uyğun qurulur, buna görə maliyyədən köklü şəkildə fərqlənən tənzimləmə olmalıdır. "Castle Island Ventures" blokçeyn investisiya şirkətinin ortağı Nik Karter baş verənləri "kriptovalyuta sektorunu ənənəvi maliyyədən kəsməklə bağlamaq" adlandırıb.
Bütün bunların sonrası
Tənzimləyicilərin tədbirləri qarşısında qorxu kriptovalyutaların satışını artırdı və bitkoinin son iki həftə ərzində ucuzlaşmasına səbəb oldu. Hələki steyblkoinlər arasında Tether ən yaxşı seçim kimi görünür, BUSD-nin kapitallaşması isə, şübhəsiz ki, azalmağa davam edəcək.
BUSD-nin əhəmiyyəti o qədər də böyük deyil. Əsas sual odur ki, tənzimləyicilər USDC və ya Tether steyblkoinlərinə qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edərlərsə, nə baş verəcək? İstisna deyil ki, steyblkoinlər kriptovalyuta dünyası ilə ənənəvi pul arasında "körpü" rolundan çıxaraq, əsas anti-böhran funksiyasını – vəsaitlərin mərkəzləşdirilməmiş şəkildə çıxarılması imkanını itirəcəklər.
Amerikanın əsas maliyyə tənzimləyicisi SEC-in rəhbəri Hari Hanslerin mövqeyi dəyişməyəcək. O, kriptovalyutaların qeydiyyatdan keçməmiş qiymətli kağızlar olduğuna inanmağa davam edir. SEC bu yaxınlarda "Kraken" kriptobirjasına qarşı iddiada qalib gəlib və kriptoplatformalar üçün əsas gəlir mənbələrindən birini təhlükə altına alıb. / banker.az

Kriptovalyuta     Tarix: 15 fevral 2023

Oxşar xəbərlər

Bitcoin 126 min dolları keçdi

Bitcoin, ABŞ hökumətinin bağlanmasının təsiri ilə rekord səviyyəyə yüksəlib. xəbər verir ki, Bitcoin, ABŞ hökumətinin bağlanmasının ikinci həftəsinə daxil olması ilə bazar ertəsi günü 126 min dolları keçərək yeni rekord qırıb

Kriptovalyuta əməliyyatlarından gəlirlər hansı qaydada vergiyə cəlb olunur?

Kriptovalyuta əməliyyatları ilə əlaqədar fəaliyyət sahibkarlıq, yoxsa qeyri-sahibkarlıq fəaliyyəti sayılır? Ümumiyyətlə, bu fəaliyyət növü ilə bağlı vergi, məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta ödənişlər

Bitcoin-in qiyməti 60 min dollara düşdü

Bitcoin, qlobal texnologiya səhmlərindəki satış dalğasının dərinləşməsi və müxtəlif aktiv siniflərində riskli mövqelərin ləğv edilməsi ilə cümə günü 16 ayın ən aşağı səviyyəsini görüb və 60 min dollar həddini test edib.  bizne

"Bitcoin"in qiyməti 74 min dollara yaxınlaşır - SON QIYMƏT

Qlobal kriptovalyuta bazarında əsas aktivlər üzrə qiymət artımı müşahidə olunur.  biznes və maliyyə xəbərləri portalı CoinMarketCap məlumatlarına istinadən xəbər verir ki, son sutka ərzində bazarın ümumi kapitallaşması 3,30

Bitkoinin qiymətində yeni rekord! - 125 min dolları keçdi

Dünyanın kriptovalyuta bazarında növbəti psixoloji hədd keçilib. xəbər verir ki, əsas kirptovalyuta sayılan bitkoinin qiyməti rekord vuraraq 125 min dolları keçib. Qiymət artımı dövründə bitkoinin qiyməti 125,8 miin dollaradə

"Bitcoin" 2%-dən çox ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutkada əsas aktivlərin əksəriyyətində qiymət enişi qeydə alınıb. xəbər verir ki, bazarın lideri olan Bitcoin (BTC) son 24 saatda 2,09% ucuzlaşaraq 62 965,94 ABŞ dollarına enib. Əsas altkoinlərdə

Bitcoin nədir?

Bitcoin paylanmış, mərkəzləşdirilməmiş və şəffaf strukturu sayəsində çox qısa müddətdə bugünkü maliyyə nizamına qarşı yüksəlməkdədir. Kripto istifadəsinin artması, məhdud tədarük və gətirdiyi texnologiya ilə bir çox investo

Kriptobirjada son durum- kapitallaşma 3 trln. dolları ötüb

Qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması son 24 saatda 2,35% artaraq 3,08 trln. dollar səviyyəsinə yüksəlib. bu barədə "CoinMarketCap" platformasına istinadən xəbər verir. Məlumata görə, bazarın ümum

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu


iqtisadi xeberler bitkoin almaq bu gunun xeberleri leobank kart 1000 manatla biznes