ABŞ-da diqqət yenidən regional banklara yönəlib

ABŞ-da diqqət yenidən regional banklara yönəlibİki regional ABŞ bankının səhmləri, şirkətlərin problemli kommersiya ipotekalarına (ipoteka ilə təmin edilmiş fondlara) verdikləri kreditlərdə, dələduzluğa məruz qaldıqlarını açıqlamasının ardından kəskin şəkildə dəyər itirib.

Biznes.az xəbər verir ki, bu vəziyyət kredit bazarlarında yeni risklərin və çatlaqların yarandığına dair narahatlıqları artırıb. Zions Bancorp şirkətinin səhmləri, San Dieqoda ona məxsus törəmə şirkət olan California Bank & Trust tərəfindən verilmiş kredit üzrə 50 milyon dollarlıq zərər qeydə alındığını açıqladıqdan sonra 13% ucuzlaşıb.

Western Alliance Bancorp isə eyni borcalanlara kredit verdiyini bildirdikdən sonra demək olar ki, 11% dəyər itirib. Zions və Western Alliance, son altı ayda ən sərt azalma göstərən KBW Bank İndeksində ən zəif performans nümayiş etdirən banklar olublar.

Son dövrlərdə digər şirkətlərdən də oxşar xəbərlər gəlib. Aşağı gəlir qrupuna avtomobil krediti verən Tricolor Holdings və avtomobil ehtiyat hissələri tədarükçüsü First Brands Group iflasını elan edib.

Böyük banklar bu itkiləri asanlıqla qarşılayabilsələr də, regional banklar üçün bu cür zərərlər daha dağıdıcı təsir göstərə bilər. 2023-cü ildə Federal Ehtiyat Sisteminin (Fed) faiz artımlarından sonra oxşar bir böhran yaşanmış, Silicon Valley Bank da daxil olmaqla bir neçə kiçik və regional bank müflis olmuşdu. Həmin dövrdə bazarlarda ən böyük narahatlıqlardan
biri, böhranın bütün sektor boyu yayılması ehtimalı idi.

Wells Fargo & Co. analitiki Mayk Mayo bir müsahibəsində belə deyib:

"Əgər JPMorganın Tricolor ilə kredit problemi varsa, bu əhəmiyyətsizdir. Amma daha kiçik bankların bu kreditlərlə bağlı problemləri varsa, bu onların üçün daha böyük zərbə deməkdir".

Kredit bazarları və bank sektoru problemlərinin bütün iqtisadiyyata nə qədər sürətlə yayıla biləcəyi nəzərə alındıqda, cümə axşamı həm böyük, həm də kiçik ABŞ banklarının səhmlərində baş verən satış dalğası, ABŞ ilə Çin arasında artan ticarət gərginliyi və bazarları mühüm iqtisadi göstəricilərdən məhrum edən uzunmüddətli hökumət bağlanması ilə üzləşən investorların risk iştahasına zərbə vura biləcək bir inkişaf kimi qiymətləndirilir.

Miller Tabak & Co LLC şirkətinin baş bazar strateqi Matt Maley bildirib:

"Investorların yaddaşında, cəmi iki il yarım əvvəl regional banklarda yaşanan çalxantılar hələ də təzədir. Buna görə də, Zions və Western Alliance ilə bağlı bu həftə yayılan xəbərlərdən sonra kredit keyfiyyəti məsələsi bu qrup üçün investorların bir nömrəli diqqət mərkəzinə çevriləcək".

Banklar     Tarix: 20 oktyabr 2025

Oxşar xəbərlər

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale

Bankın ali idarəetmə orqanında dəyişiklik planlaşdırılır – Səhmdarları toplanır

"Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Müşahidə Şurasının tərkibində dəyişiklik edilməsi planlaşdırılır. xəbər verir ki, bununla bağlı bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı çağırılıb. Yığınca

Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı

Azərbaycanda bank müştəriləri kartlarına pul qəbul etmək üçün müəyyənləşdirilmiş gündəlik və aylıq limitlərin artırılmasını istəyə bilərlər. Bunun üçün əməliyyatların məqsədi banka izah edilməli, müraciət əsaslandırılmalıdır

Rabitəbank "Rabita Junior"un ilk yaşını istifadəçiləri ilə birlikdə qeyd edib

Rabitəbank uşaqların maliyyə savadlılığının artırılmasına və erkən yaşlardan düzgün maliyyə vərdişlərinin formalaşdırılmasına xidmət edən "Rabita Junior" mobil tətbiqi və "Kartmane Junior" Visa kartını


iqtisadi xeberler biznes xeberleri biznes krediti bitkoin biznes ideyalari