ABŞ-ın texnologiya nəhəngi "Nvidia" yeni süni intellekt çipini təqdim edib

ABŞ-ın texnologiya nəhəngi ABŞ-ın texnologiya nəhəngi "Nvidia" bəzi əməliyyatları əvvəlki çiplərdən 30 dəfə daha sürətli yerinə yetirən yeni süni intellekt çipini təqdim edib.
"BBC" xəbər verir ki, "B200 Blackwell" çipi şirkətin illik proqram konfransında CEO Jensen Huang tərəfindən təqdim olunub.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Nvidia" ABŞ-da "Microsoft" və "Apple"dan sonra üçüncü ən mühüm şirkətdir. Onun səhmləri keçən il 240 faiz dəyər qazanıb və bazar dəyəri keçən ay 2 trilyon dollara yaxınlaşıb. Açılış toplantısında iştirak edən "Technalysis Research"dən Bob ODonnell bildirib ki, uzun müddətdir texnologiya bazarında bu qədər həyəcan görməmişdik. "Nvidia" – "Amazon", "Google", "Microsoft" və "OpenAI" kimi bəzi əsas müştərilərinin bu yeni çipi bulud xidmətlərində və öz süni intellekt məhsullarında istifadə etmələrini gözlədiklərini açıqlayıb. Yeni proqram vasitələrinin təqdim olunduğu toplantıda "mikro xidmətlər" adlanan proqram təminatının şirkətlərin süni intellekt modellərini bizneslərinə inteqrasiyasını asanlaşdıracağı bildirilib.
Konfransda təqdim olunan məhsullar arasında avtomobillərdəki chatbotlarda istifadə ediləcək bir sıra yeni çiplər də mövcuddur. Çinin elektrikli avtomobil istehsalçıları "BYD" və "Xpeng"in öz avtomobillərində bu çiplərdən istifadə edəcəyi açıqlanıb. Huanq insanabənzər robotların hazırlanmasında istifadə ediləcək bir sıra yeni çipləri təqdim edərkən səhnədə robotlarla müşayiət olunub. 1993-cü ildə Tayvan əsilli investor Kensen Huang tərəfindən yaradılan "Nvidia", xüsusilə kompüter oyunlarında istifadə olunan qrafik çiplərin istehsalçısı kimi tanınırdı. Süni intellektin bu qədər populyarlaşmasından əvvəl şirkət - çiplərinə maşın öyrənmə xüsusiyyətləri əlavə etməyə başladı.
"Nvidia" hazırda süni intellekt texnologiyasını izləmək üçün əsas şirkət hesab olunur. / marja.az

Maraqlı     Tarix: 20 mart 2024

Oxşar xəbərlər

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Cənubi Koreya süni intellektə 880 milyard dollar yatırır: bu investisiyalar ölkənin yüksək texnologiyalar lideri statusunu möhkəmləndirə biləcəkmi?

Cənubi Koreya süni intellekt və yarımkeçiricilərə böyük məbləğdə investisiya qoymağa hazırlaşır. "Üç meqalayihə" çərçivəsində 880 milyard dollarlıq sərmayə planı açıqlanıb. Ölkə artıq HBM də daxil olmaqla mühü

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

İlon Maskın gələcəklə bağlı baxışı

İlon Mask öz etirafına görə, müasir dövrün Kassandrasıdır: o, gələcəyi bir çoxlarından daha yaxşı proqnozlaşdırır, lakin insanların ona inanmamasına məhkumdur. "İnsanlar anlamırlar ki, danışdığım hər şey gec-tez ba

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler leobank kart birbank rubl mezenne en son xeberler