ABŞ noyabrda özünün strateji ehtiyatından 10 milyon barel neft satacaq
ABŞ-ın Energetika Nazirliyi strateji ehtiyatından daha 10 milyon barel nefti satışa çıxaracağını bildirib.
Nazirlik noyabr ayında Texas və Luizianadakı anbarlarından 10 milyon barelə qədər neft satmaq niyyətindədir. Müraciətlər sentyabrın 27-dək qəbul olunacaq, yanacağın göndəriləcəyi kompaniyalarla müqavilələr isə oktyabrın 7-dən gec olmayaraq imzalanacaq.
Energetika Nazirliyinin bu addımı yüksək yanacaq qiymətləri və tədarükdə yaranan fasilələrlə mübarizə aparmaq üçün 180 milyon barel nefti satışa çıxarmaq barədə ABŞ-ın mart ayında elan etdiyi planının bir hissəsidir. Plan may ayından başlayaraq altı ay ərzində həyata keçirilməli idi. Lakin həmin vaxtdan bəri administrasiya yalnız 155 milyon barel neft üçün müqavilə imzalayıb.
Agentliyin məlumatına görə, indiyə qədər satışa çıxarılan neftin ən böyük alıcıları Birləşmiş Ştatların neft emalı müəssisələrinin "Valero Energy Co" və "Marathon Oil Corp" operatorları olub. / banker.az

PAŞA Bank-ın dəstəyi ilə keçirilən "AI for Good" layihəsi başa çatdı
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq
NEQSOL Holding istedadların inkişafında uğurlarına görə ATD BEST Award 2026 mükafatına layiq görülüb
Hindistan vətəndaşı Azərbaycanda 50 min kapital ilə - RESTORAN AÇIB
Santander 2018-ci ildən bəri ilk dəfə İspaniyanın ən bahalı açıq şirkətinə çevrilib
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Dövlət Xidməti zərgərlik məmulatlarını satan sahibkarlarla görüş keçirib
ABŞ süni intellekt sahəsində "qalib gəlib" texnologiya yarışını necə uduza bilər?
Biznes nədir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
İlon Mask kimdir?
"Freelance" nədir?
SMM nə deməkdir?