ABŞ səfirliyi Baku Steel Company-də: API sertifikatından sonra yeni üfüqlər
(®) 2025-ci ilin mart və aprel aylarında ABŞ-ın Azərbaycandakı səfirliyinin ticarət-iqtisadi məsələlər üzrə məsul əməkdaşlarından ibarət nümayəndə heyəti "Baku Steel Company" QSC-nin (bundan sonra – BSC) istehsalat sahələrinə bir sıra işgüzar səfərlər etmişdir.
Səfər proqramı çərçivəsində nümayəndələr Bakıda yerləşən poladəritmə zavodu, eləcə də Sumqayıt şəhərindəki boruyayma (Azerboru) və ferroərintilər (AzFerAl) istehsalat sahələri ilə tanış olmuşlar.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Səfərin əsas məqsədi şirkətin istehsalat potensialı, istifadə olunan xammal, texnoloji proseslər və məhsul çeşidləri ilə ətraflı tanışlıq, həmçinin BSC məhsullarının ABŞ-a ixrac imkanlarının müzakirəsi olmuşdur.
Tərəflər beynəlxalq keyfiyyət standartlarına uyğunluq məsələsinə xüsusi diqqət ayırmışlar. BSC Amerika Neft İnstitutu (API) tərəfindən keçirilmiş auditi uğurla keçərək, neft və qaz sənayesi üçün məhsul istehsalçıları üzrə ən nüfuzlu standartlardan biri sayılan API Spec Q1 sertifikatını əldə etmişdir. Bununla yanaşı, şirkət API 5CT və API 5L spesifikasiyaları üzrə monoqramlara da layiq görülmüşdür. Həmin monoqramlar istehsal olunan məhsulların yüksək keyfiyyətə, təhlükəsizliyə və ABŞ bazarının texniki tələblərinə tam uyğunluğunu təsdiqləyir.
BSC-nin Kommersiya direktoru Vüsal Ruzmanov səfərin nəticələrini belə şərh edib:
"Azerboru və AzFerAl sahələrində istehsal olunan məhsullar xarici bazarlarda rəqabət qabiliyyətinə malikdir. API monoqramlarının əldə olunması ABŞ bazarına çıxış imkanlarımızı genişləndirib. Hazırda mövcud olan əlverişli gömrük rejimi də nəzərə alınaraq, bu istiqamətdə fəaliyyətimizi daha da intensivləşdirməyi planlaşdırırıq".
ABŞ səfirliyi səfərlə bağlı rəsmi açıqlamasında bildirib:
"ABŞ-ın Bakıdakı Səfirliyinin İqtisadi komandası Sumqayıtda yerləşən Baku Steel Company boru istehsalı müəssisəsini ziyarət edib. Burada ABŞ-ın neft və qaz sənayesində istifadə üçün tikişsiz borular istehsal olunur və ixrac edilir. Komanda, həmçinin ABŞ polad istehsalçılarına materiallar tədarük edən ferroərintilər zavodu ilə də tanış olub. ABŞ qarşılıqlı rifah naminə iqtisadi inkişafın təşviqi məqsədilə Azərbaycanla əməkdaşlığını genişləndirməyi səbirsizliklə gözləyir".
Şirkət haqqında
"Baku Steel Company" Cənubi Qafqazın ən böyük metallurgiya müəssisəsidir və tam istehsalat dövrünə malikdir. Şirkət yüksək keyfiyyətli armaturlar, katankalar (polad məftil), kvadrat və dairəvi pəstahlar, eləcə də tikişsiz borular istehsal edir. Ferroərintilər zavodunda müxtəlif faiz göstəricilərinə malik (FeSi65%, FeSi70%, FeSi75%) və müxtəlif fraksiyalarda (10–50 mm, 10–100 mm və s.) ferrosilisium istehsal olunur. BSC məhsulları həm yerli bazarda böyük tələbatla qarşılanır, həm də Avropa, Afrika, Asiya və Amerika qitələri üzrə 20-dən çox ölkəyə ixrac olunur. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Bitcoin necə işləyir?
IBAN nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?