ABŞ türkmən qazını Azərbaycandan nəql etmək istəyir
Bazar konyukturasına əsaslanaraq, Türkmənistan öz qazını Avropa İttifaqına tədarükü üçün çox yaxşı perspektivlərə malikdir.
Bu fikri ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Donald Lu Aşqabadda olarkən deyib.
"Karyeramın əvvəlində mənim Bakıdakı səfirliyimizdə müvəqqəti işlər vəkili olmaq imkanım oldu. Biz, Azərbaycan tərəfi, Aİ, ABŞ və Türkmənistanla bu barədə danışdıq: Türkmənistan qazının Avropaya çatdırılması imkanları haqqında. 20 ildən çoxdur. İndi isə çox maraqlı məqamdır, çünki qazın qiyməti çox yüksəkdir. Və hesab edirəm ki, Türkmənistan hökumətinin indi bu layihə (Azərbaycan qazının Avropaya nəqli üçün nəzərdə tutulmuş Cənub Qaz Dəhlizi layihəsinin tərkib hissəsi olan Trans-Anadolu Qaz Boru Kəməri – Red) haqqında düşünməsi çox yaxşı olardı".
Lu hesab edir ki, ölkədən müxtəlif istiqamətlərdə qaz tədarükü imkanları nə qədər çox olarsa, türkmən xalqı üçün də o qədər yaxşı olacaq.
"Bu, Türkmənistan xalqını təkcə türkmən qazının ən yüksək qiymətləri ilə deyil, həm də etibarlı təchizatla təmin edəcək. ABŞ hər cür kömək etməyə hazırdır, amma biz türkmən qazını almayacağıq, ABŞ-da çoxlu qazımız var". / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Whatsapp biznesin üstünlükləri nələrdir?
Ən bahalı otellər hansılardır?
İlon Mask kimdir?
Bill Qeyts kimdir?
IMEI kod nədir?