ABŞ və Yaponiyanın maliyyə nazirləri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib
ABŞ və Yaponiyanın maliyyə nazirləri Canet Yellen və Syuniti Suzuki Tokioda Rusiyaya qarşı yeni sanksiyaları, o cümlədən Rusiya neftinin qiymətinin məhdudlaşdırılmasını müzakirə ediblər.
Bu barədə "Kyodo" agentliyi yazıb.
Onların müzakirəsi Rusiyanın gəlirlərini azaltmaq və enerji qiymətlərini sabitləşdirmək üçün "Böyük yeddilik" (G7) ölkələrinin Rusiya neftinin qiymətini məhdudlaşdırmaq təklifi ətrafında olub. Həmçinin Yaponiya yeninin ABŞ dollarına nisbətdə ucuzlaşması ilə bağlı da fikir mübadiləsi aparılıb.
Bundan əvvəl Yaponiyanın Baş naziri Fumio Kisida danışıqlarda Rusiya neftinin qiymətinin iki dəfə azaldılması ətrafında müzakirələr aparılacağını bildirmişdi. Eyni zamanda, Avropa İttifaqı (Aİ) ölkələri artıq Rusiyadan dəniz yolu ilə neft tədarükünə embarqo qoyub. Qadağa dərhal qüvvəyə minir, lakin keçid dövrləri var. Belə ki, dekabrın 5-dək Rusiya neftinin idxalı və ya alınması üzrə müqavilələrin icrası (əgər iyunun 4-dək bağlanıbsa) üçün "birdəfəlik" əməliyyatlara icazə verilir. /banker.az

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən varlı 10 müğənnisi
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?