ABŞ Venesuelaya qarşı neft sanksiyalarını bərpa edəcək
ABŞ prezidenti Co Baydenin administrasiyası ölkə lideri Nikolas Maduronun seçki öhdəliklərini yerinə yetirməməsi səbəbindən Venesuelanın neft şirkətləri üçün sanksiyaları yüngülləşdirən əsas lisenziyanı (GL 44) yeniləməyəcək. Müvafiq bəyanat Amerika Maliyyə Nazirliyinin saytında dərc olunub.
Eyni zamanda, əvvəllər "Chevron", "Repsol" və "Eni" neft şirkətlərinə verilmiş Venesuela neft sektoru ilə qarşılıqlı fəaliyyət üçün icazələr ləğv edilməyib ki, bu da Venesuela neftinin ABŞ və Avropaya gələcək tədarükünü təmin edir.
Venesuelanın neft və qaz sektoruna imtiyazlar verən 44 saylı lisenziya (GL 44) 30 yanvar 2024-cü ildə qəbul edilib. ABŞ 2019-cu ildə Maduronun yenidən prezident seçilməsindən sonra Cənubi Amerika ölkəsinin neft sektoruna qarşı geniş sanksiyalar tətbiq edib, ABŞ və digər Qərb hökumətləri bunu rədd edib. / banker.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd