"Abşeron" yatağında qaz hasilatı 4 dəfə artırılacaq
"Abşeron" qaz-kondensat yatağında illik qaz hasilatını 6 mlrd. kubmetrədək çatdırmaq planlaşdırılır.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
""Abşeron" yatağından ilk qazın verilməsi mərasimində iştirak etdik. "Abşeron"un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 mlrd.m3-dən 6mlrd.m3-dək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir", – paylaşımda qeyd olunur.
Xatırladaq ki, bu gün "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilib. / banker.az
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c