Abşeronda neft və qazla çirklənmiş ərazilər təmizlənəcək

Abşeronda neft və qazla çirklənmiş ərazilər təmizlənəcəkAbşeron rayonunda neft və qazla çirklənmiş ərazilər təmizlənəcək.
Layihənin rəhbəri Azərbaycan Memarlıq və İnşaat Universitetinin Su təsərüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin Ekologiya mühəndisliyi üzrə magistratı Hüsniyyə Necatidir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən maliyyələşdiriləcək qrant H.Necatinin "Abşeronda neft və qazla çirklənmiş ərazilərin təmizlənməsi" layihəsinə ayrılıb. O, elm sahəsində Avropanın ən qabaqcıl proqramlardan biri olan "Mariya Skladovskaya-Küri" təqaüd və qrant proqramını qazanıb.
AzMİU-nun Ekologiya kafedrasının baş müəllimi Fərhad Əliyevin elmi rəhbərliyi ilə hazırlanan layihədə Abşeron yarımadasının neft və qazla çirklənmiş ərazilərinin təmizlənərək ekoloji tarazlığının təmin olunması nəzərdə tutulub.
"Mariya Skladovskaya-Küri" təqaüd və qrant proqramı Hüsniyyə Necatiyə bir il müddətində Avropanın, xüsusilə Almaniyanın mövzu ilə əlaqədar ən qabaqcıl universitet və elmi tədqiqat insitutlarında təcrübələr aparmağa imkan verəcək.
Qeyd edək ki, əslən Cənubi Azərbaycandan olan tələbə Hüsniyyə Necati həm də Radiasiya Problemləri İnstitutunda çalışır.
Xatırladaq ki, "Mariya Küri" proqramı Avropa İttifaqı ölkələri tərəfindən maliyyələşdirilən və tədqiqatçıların Avropada təlim, mobillik və karyera inkişafını təmin edən proqramdır. Bu proqram radioaktivlik sahəsində əldə etdiyi uğurlarla şöhrət qazanan, ilk və iki dəfə Nobel mükafatı laureatına layiq görülmüş kimyaçı-fizik Mariya Skladovskaya-Kürinin adı ilə adlandırılıb.
Mariya Küri magistrat və doktorantlar üçün əsas proqramlardan biri olub, təqribən 25000 magistrat və doktorantı maliyyələşdirən və karyerasının hər hansı bir mərhələsində olan alimlər üçün qrantlar təqdim edən proqramdır. Alimlər bu proqram vasitəsilə xarici ölkədə təcrübə qazanır, təlim və karyeralarında daha böyük irəliləyiş imkanı əldə edirlər.
Proqramı qazanan şəxsin xaricdəki yaşayış xərcləri, o cümlədən, mübadilə proqramı çərçivəsində təhsil alması üçün universitet xərcləri bu proqram tərəfindən maliyyələşdirilir. Təqaüdün məbləği müraciət edilən universitetdən və fəaliyyət növündən asılı olaraq dəyişir. / banker.az

Xəbərlər     Tarix: 19 fevral 2024

Oxşar xəbərlər

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Qızıl bahalaşıb, gümüş isə ucuzlaşıb

Nyu-Yorkdakı COMEX əmtəə birjasında qızılın qiymətində cüzi artım qeydə alınıb. Bir troya unsiyası üzrə dəyər 0,1% yüksələrək 4 101 ABŞ dollarına çatıb. xəbər verir ki, COMEX-də gümüş ucuzlaşıb. Bir unsiya gümüşün qiymət

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas


iqtisadi xeberler kripto en son xeberler biznes xeberleri biznes qurmaq