AÇG-də dərin laylardan qazın hasilatı gələn il başlanıla bilər
Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqları blokunda (AÇG) dərin laylardan qaz hasilatına 2025-ci ilin əvvəllərində başlanıla bilər.
Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda quyular üzrə vitse-prezidenti Jim O"Leary deyib.
Onun sözlərinə görə, AÇG-də dərin laylardan qaz hasilatının həyata keçirilməsi planları çərçivəsində ilk hasilat quyusunun qazılmasına bu ilin ikinci yarısında başlamaq planlaşdırılır.
Jim O"Leary əlavə edib ki, ötən il qeyd olunan layihə çərçivəsində qiymətləndirmə quyusunun qazılması uğurla başa çatdırılıb.
"Monitorinq aparmaq üçün quyunun ağzına xüsusi avadanlıq quraşdırıb və bunun sayəsində uğurlu məlumat əldə edə etmək mümkün olub", – BP nümayəndəsi qeyd edib
Onun sözlərinə görə, alınan məlumatlar əsasında hasilat quyusunun qazılmasına qərar verilib.
Jim O"Leary onu da vurğulayıb ki, ilk hasilat quyusunun uğurlu olduğu təqdirdə şirkət ilk qazın gələn ilin əvvəlində çıxarılacağını gözləyir.
Qeyd etmək lazımdır ki, 7 fevral 2023-cü il tarixində AÇG-də istismarda olan neft yatağının altındakı dərin qaz layları haqqında məlumat toplamaq məqsədilə yeni qiymətləndirmə quyusunun qazılması başlanılıb, aprel ayında quyu tamamlanıb. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes planı necə yazmaq lazımdır?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Bill Qeyts kimdir?
Cash Back nədir?