AÇG-də hasilatın aşağı düşməsinin sürətini azaltmaq üçün yollar açıqlanıb
Xəzər dənizin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda təbii olaraq hasilatın aşağı düşməsi prosesi gedir.
Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Counz bu gün şirkətin 2022-ci ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bu da əlavə investisiyaların və texnologiyaların tətbiq ediməsini tələb edir: "Məhz bu yollarla hasilatı aşağı düşməsinin sürətini azalda bilər".
Q.Counz həmçinin qeyd edib ki, "Azəri-Mərkəzi-Şərqi" (ACE) platformasının tikintisi uğurla davam edir: "Artıq bu layihənin tikintisinin 80 %-i icra edilib. Bu ilin ikinci rübündə ACE platformasının üst modullar yola salınacaq. Gələn ilin birinci rübündə isə ilk neftin hasil olunması nəzərdə tutulub".
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30.37 %), SOCAR (25 %), "MOL Group" (9.57 % 16 aprel 2020-ci il tarixindən "Chevron" şirkətini əvəz edib) INPEX (9.31 %), "Equinor" (7.27 %), "ExxonMobil" (6.79 %), TPAO (5.73 %), ITOCHU (3.65 %), "ONGC Videsh Limited" (OVL) (2.31 %) pay sahibidir. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Onlayn biznes növləri
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
IBAN nədir?