AÇG-də irihəcmli seysmik tədqiqat proqramının birinci mərhələsi başa çatıb

AÇG-də irihəcmli seysmik tədqiqat proqramının birinci mərhələsi başa çatıbbp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azəri-Çıraq-Dərinsulu Günəşli (AÇG) yatağında yeni 4-ölçülü (4D) yüksək dəqiqlikli dənizdibi qovşaqlarla seysmik tədqiqat proqramının birinci mərhələsinin başa çatması münasibətilə Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova məktub ünvanlayıb.
Nazirlər Kabinetindən verilən xəbərə görə, məktubda icra müddəti 5 il nəzərdə tutulan layihənin bp-nin dünyada indiyədək həyata keçirdiyi ən böyük seysmik məlumat toplama proqramı olduğu vurğulanıb.
Bildirilib ki, seysmik tədqiqat proqramının məqsədi AÇG yatağının arxitektura və maye kontaktının dinamikası barədə ətraflı məlumat əldə etməkdir. Qeyd olunub ki, tədqiqatın aparılması AÇG tərəfdaşlarına gələcəkdə yatağın işlənilməsini səmərəli şəkildə optimallaşdırmağa kömək edəcək.
Q.Counz məlumat verib ki, 2024-cü ilin yanvar ayında başlanmış birinci seysmik tədqiqat qrafiki qabaqlamaqla və nəzərdə tutulandan daha az büdcə sərf etməklə tamamlanmışdır.
AÇG yatağının gələcəyinin təmin edilməsində mühüm addım olan bu tədqiqatı dəstəklədiyinə görə Azərbaycan hökumətinə minnətdarlıq bildirilib.
Eyni zamanda Azərbaycan ilə bp arasında sıx əməkdaşlığın davam edəcəyinə əminlik ifadə olunub.
Cavab məktubunda Baş nazir Əli Əsəvov Azərbaycan hökuməti ilə bp arasında uzun illərdir davam edən səmərəli əməkdaşlığın növbəti uğur hekayəsi olan bu tədqiqat proqramının həyata keçirilməsinə bp şirkətinin və bütün tərəfdaşların töhfəsini yüksək qiymətləndirilib.
Birgə səylərlə adıçəkilən proqramın növbəti mərhələlərinin də uğurla icra olunacağına və gələcəkdə AÇG yatağının neftvermə potensialının maksimum reallaşdırılmasına xidmət edəcəyinə əminlik ifadə olunub.
Vurğulanıb ki, Azərbaycan Prezidenti tərəfindən hökumət qarşısında qoyulan prioritet vəzifələrə uyğun olaraq, bp-nin ölkəmizdəki fəaliyyətinə və qarşılıqlı faydalı əməkdaşlığa bundan sonra da davamlı şəkildə lazımi dəstək göstəriləcəkdir. / banker.az

Xəbərlər     Tarix: 07 avqust 2024

Oxşar xəbərlər

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Bu şəxslər 20 il gəlir vergisi ödəməyəcəklər

Yüksək ixtisaslı miqrantlar 20 il gəlir vergisi verməyəcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Miqrasiya Məcəlləsind

Startaplar üçün yeni vergi güzəştləri olacaq

2027-ci il yanvarın 1-dən 10 il müddətinə iştirak payı və ya səhm mikro və kiçik sahibkarlıq subyekti olan "Startap" şəhadətnaməsi və ya texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və digər fəaliyyətl

Azərbaycan nefti ucuzlaşdı

"Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 4.27 ABŞ dolları və ya 3.48% azalaraq 118.22 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizin əvvəlk

Sabahdan Azərbaycanda onlayn kreditlər üçün yeni qaydalar qüvvəyə minir

Azərbaycanda bankların kredit risklərinin idarə edilməsi mexanizminə mühüm yeniliklər edilib. xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov tərəfindən aprelin 28-də təsdiqlənmiş yeni qaydalar sabahdan (1 oktyabr) qüvvəy

Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.

Qadın sağlamlığının qorunması və çətin anlarda maliyyə dəstəyinin təmin edilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə "PAŞA Həyat Sığorta" tərəfindən qadınlar üçün yeni həyat sığortası məhsulu təqdim olunub

"Bu, yeni sosial paketin anonsudur" - Pensiya artımında yeni qayda

Azərbaycanda əmək pensiyalarının növbəti dəfə indeksləşdirilməsi diferensial həyata keçiriləcək. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov bu gün Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör


iqtisadi xeberler dollar məzənnəsi bitcoin qiymeti investisiya depozit faizleri