AI-startapın təsisçisi necə dünyanın ən gənc "self-made" milyarderi oldu?

AI-startapın təsisçisi necə dünyanın ən gənc 2023-cü ilin sonundan etibarən dünyanın ən gənc "self-made" milyarderi titulu müğənni Teylor Sviftə məxsus olub, lakin indi onun yerinə "Scale AI" startapının həmtəsisçisi 30 yaşlı Lüsi Qo keçib. O, bir neçə il əvvəl startapından ayrılsa da, şirkətdə qalan payı sayəsində təkbaşına milyard dollarlıq sərvət qazanan dünyanın ən gənc qadını olmağı bacarıb. Çinli mühacirlərin qızı neyron şəbəkələr biznesini necə qurub, ondan niyə ayrılıb və bu gün hansı startap üzərində işləyir?
Böyük səs-küy yaradan "Scale AI" startapı işçilərinə və investorlara səhmlərini satmağa imkan verəcək tender təklifinin şərtlərinin müzakirəsini yekunlaşdırır. Mənbələrin bildirdiyi kimi, "istənilən halda baş tutacaq" sövdələşmənin 2025-ci il iyunun 1-nə qədər tamamlanacağı gözlənilir. Proseslə tanış olan insanlara görə, tender süni intellekt startapının dəyərini 2024-cü ilin mayından 80% artaraq 25 milyard dollara çatdıracaq.
Şirkətin yenidən qiymətləndirilməsi sayəsində onun 30 yaşlı həmtəsisçisi Lüsi Qo planetin ilk milyardını təkbaşına qazanan ən gənc qadına çevrilib. Qo 2023-cü ilin sonundan titulun sahibi olan 35 yaşlı pop-ulduzu Teylor Svifti geridə qoyub.
2016-cı ildə kollecdəki təhsilini yarımçıq qoyan 21 yaşlı Qo 19 yaşlı Aleksander Van ilə San-Fransiskoda yerləşən "Scale AI" startapını qurur. Van şirkətin baş direktoru vəzifəsini tutur, Qo isə əməliyyatlar və məhsul dizaynı departamentlərinə rəhbərlik etməyə başlayır. 2018-ci ildə partnyorlar arasında şirkətin idarə olunması ilə bağlı fikir ayrılıqları yaranır və Van Qonu işdən çıxarır. "Bəzi anlaşılmazlıqlara baxmayaraq, "Scale AI"nin nailiyyətləri ilə fəxr edirəm", – Qo deyir.
"Scale AI"dən ayrıldıqdan sonra Qo şirkətdəki payının böyük hissəsini (1.2 milyard dollar dəyərində olan səhmlərin təxminən 5%-i) özündə saxlayıb və diqqətini yeni startapına yönəldib. Qo aktivlərinin gələcəyi ilə bağlı şərh verməyib: onun tender çərçivəsində payını satıb-satmayacağı məlum deyil. ABŞ-nin "Forbes" jurnalına görə, iş qadınının bütün aktivlərini, o cümlədən startap "Passes"dəki payını nəzərə alsaq, sərvəti 1.25 milyard dollar təşkil edir.
Qo dünyanın 40 yaşından gənc altı qadın milyarderlərindən biridir. O, sərvətinin böyük hissəsini bir neçə il əvvəl tərk etdiyi şirkətdən qazanan yeganə şəxsdir. Qo Çinli mühacirlər ailəsində anadan olub və San-Fransiskonun körfəz bölgəsində böyüyüb. O, orta məktəbdə proqramlaşdırma ilə maraqlanmağa başlayıb və Karneqi Mellon Universitetində kompüter elmləri və insan-kompüter qarşılıqlı əlaqəsini öyrənməyə başlayıb. Bir qədər sonra gənc Qo "Thiel Fellow" proqramına qoşulmaq üçün təhsilini dayandırır. 2015-ci ildə Qo "Quora" (onlayn sual-cavab forumu) layihəsinə qoşulur və burada məhsul dizayneri kimi çalışmağa başlayır, həmçinin Van ilə tanış olur. 2016-cı ildə Qo Van ilə birgə "Scale AI" satartapını yaratmağa qərar verir.
"Scale AI"dən ayrıldıqdan sonra Qo vençur kapitalı firması olan "Backend Capital"ı qurur. Bildirilir ki, "Backend Capital"ın ən uğurlu sövdələşməsi 2020-ci ildə fintex startap olan "Ramp"a altı rəqəmli investisiya olub. Bu gün Ramp 13 milyard dollar dəyərində qiymətləndirilir (şirkətin hər üç həmtəsisçisi milyarderə çevrilib).
Lakin 2022-ci ildə Lüsi Qonun marağı başqa bir sahəyə – "Passes" xidmətinin yaradılmasına yönəlir. Rəqəmsal platforma "Patreon" və ""OnlyFans prinsipləri əsasında fəaliyyət göstərir: xüsusi platforma məzmun yaradıcılarına və məşhurlara pərəstişkarları ilə ünsiyyət qurmağa imkan verir, onlar onlayn söhbətlərə daxil olmaq və eksklüziv videolara baxmaq üçün abunə alırlar.
2022-ci ildən 2024-cü ilə qədər üç maliyyə raundunda Qo 50 milyon dollar toplayıb, onun şirkəti 150 milyon dollar dəyərində qiymətləndirilib. 2025-ci ilin mart ayında "Passes"ə qarşı iddia qaldırılıb – şirkət platformada uşaqlara qarşı cinsi zorakılığı əks etdirən məzmun yerləşdirməkdə ittiham edilib. Nəticədə, qaydaları pozan bütün məzmun saytdan silinib.
"Üçüncü tərəflərin iddia edilən qanunsuzluqları "Passes"ə aid etmək cəhdi əsassızdır və yalnız şirkəti və məni məhkəmə çəkişməsinə sürükləməyə xidmət edir", – məsələyə şərh bildirən Lüsi Qo vurğulayıb.
Bu fonda Qo nəinki işə uzun saatlar sərf edir, həm də "Barry"s Bootcamp" idman zalları şəbəkəsində gündəlik məşqlərinə məsuliyyətlə yanaşır. "İntizam > Yuxu. 3000 məşq etdim", – deyə sahibkar aprelin əvvəlində İnstaqramda fotoşəkilinin altında yazıb.
İdman uğurlarına əlavə olaraq, Qo Mayamidəki "Coachella" və "Ultra Music Festival"  kimi musiqi festivallarından fotoşəkillər yerləşdirməyi də sevir.
Qonun həyatı – daimi iş və əyləncə qarışığıdır: onun şirkəti "Coachella"nın başlanğıcını qeyd etmək üçün böyük bir ziyafət təşkil edib. İş qadını iddia edir ki, tədbirə "sözün həqiqi mənasında minlərlə dəvət olunmuş qonaqlar" qatılıb. / banker.az

Maraqlı     Tarix: 07 may 2025

Oxşar xəbərlər

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

XXI əsrin mərkəzi bankı necə olmalıdır?

Müəllif: Daniel Moss, Bloomberg Opinion-un köşə yazarı, Asiya iqtisadiyyatları üzrə ekspert. Daha əvvəl Bloomberg News-da iqtisadiyyat üzrə icraçı redaktor olub. Dünyanın ən nüfuzlu maliyyə institutları zamanın gerisind

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Apple yeni iPhone-ların qiymətlərini açıqladı — 100 dollar bahalaşıb

Apple-ın ilk qatlanan iPhone-nun ekran ölçüləri açıqlandı — Ən böyük iPhone ekranıdır. Apple ilk qatlanan smartfonu iPhone Duo-nun bəzi əsas texniki xüsusiyyətlərini açıqlayıb. Yeni iPhone qapalı vəziyyətdə 5,4 düymlük xaric

Meta "Muse Spark 1.3" süni intellekt modelini istifadəyə verib

"Meta Platforms" indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib. Marja xəbər verir ki, Şirkətin Süni İntellekt üzrə Baş direktoru Aleksandr Van

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir


iqtisadi xeberler bu gunun xeberleri emlak xeberleri telefonla pul qazanmaq en son xeberler