Aİ Ukraynaya makromaliyyə yardımı proqramı çərçivəsində krediti təsdiqləyib
Avropa İttifaqı (Aİ) Şurası iqtisadiyyat və maliyyə nazirləri səviyyəsində Ukraynaya fövqəladə makromaliyyə yardımı proqramı çərçivəsində bu ölkəyə 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqləyib.
Bu barədə Aİ Şurasının iclası çərçivəsində Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis bildirib.
"Nazirlər indicə Ukraynaya 1 milyard avro məbləğində kredit ayrılmasını təsdiqlədilər. Bu, bizim fövqəladə makromaliyyə yardımı proqramımızın bir hissəsidir", – o deyib.
O, Ukrayna iqtisadiyyatının qısamüddətli maliyyələşdirməyə ciddi ehtiyacı olduğunu və Aİ-nin kömək etməyə hazır olduğunu qeyd edib.
Xatırladaq ki, mayın 18-də Avropa Komissiyası bu ilin sonuna qədər Aİ-nin zəmanəti altında Ukraynaya 9 milyard avro məbləğində fövqəladə makromaliyyə krediti proqramının hazırlandığını elan edib. Təsdiqlənmiş 1 milyard avro məbləğində kredit bu proqram çərçivəsində ilk tranş olub. /banker.az

KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
CV-nin tərtib edilməsi prinsipləri
Dünyanın ən varlı 10 müğənnisi
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Biznes təlimlər və tədris üsulları
Digital Card nədir?