Alınan mallar hansı hallarda geri qaytarıla bilməz?

Alınan mallar hansı hallarda geri qaytarıla bilməz?Zaman keçdikcə ticarət obyektlərində "alınan mallar geri qaytarılmır" kimi yazılara daha az rast gəlməyimiz, artıq, aldığımız bütün malları geri qaytara biləcəyimiz anlamına gəlmir. Çünki, satıcılar bir yana, hətta qanunvericilik belə aldığımız hər məhsulu başqa məhsula dəyişdirməyə imkan vermir. 
Bəs, alınan mallar necə qaytarılmalıdır? Hansı məhsulların qanunla dəyişdirilməsi mümkün deyil?
KONKRET.az"Qafqazinfo"ya istinadən xəbər verir ki, Azərbaycan qanunvericiliyinə görə, alıcıların istehlak etdikləri malların və xidmətlərin lazımi keyfiyyətdə olmasına, onların təhlükəsizliyinə, miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə hüququ var. "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna görə, alıcıların onlara lazımi keyfiyyəti olmayan, insanların sağlamlığına, həyatına təhlükəli olan malların və xidmətlərin vurduğu zərərin ödənilməsi, öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları mövcuddur.
Alınan mallar hansı hallarda geri qaytarıla bilməz?Öz növbəsində satıcı (istehsalçı, icraçı) alıcıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və istehsalçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Xaricdən gətirilmiş malların keyfiyyətini təsdiq edən sənəd olmalıdır. İstehsalçı alıcıya mala görə sənəddə nəzərdə tutulan və ya müqavilədə göstərilən müddətdə, belə müddətin olmadığı halda isə 10 il ərzində təyinatı üzrə istifadə edilməsinə təminat verməlidir. İstehsalçı, mallara texniki xidməti və onların zəmanətli təmirini, habelə texniki təmir və xidmət göstərən təşkilatlar üçün lazım olan həcmdə və çeşiddə ehtiyat hissələri ilə təchizini bütün istehsal müddəti ərzində, mal istehsaldan çıxarıldıqdan sonra isə xidmət müddəti ərzində, bu müddət nəzərdə tutulmayan hallarda isə 10 il ərzində təmin etməlidir.
Alıcı müqavilə göstərilmiş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri də təqdim etməklə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: 
– lazımi keyfiyyətli mala dəyişdirməyi;
– satış qiymətini uyğun məbləğdə azaltmağı;
– malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini;
– malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini;
– müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
Alınan mallar hansı hallarda geri qaytarıla bilməz?Alıcının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir.
Lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə alıcıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, alıcının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ var. O, malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, alıcı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən alıcıya məlumat verməlidir.
Həmçinin Mülki Məcəllənin 623.1-ci maddəsinə görə, əgər satıcı tərəfindən daha uzun müddət elan edilməyibsə, alıcı qeyri-ərzaq malının ona verildiyi andan 14 gün ərzində aldığı malı alış yerində və satıcının elan etdiyi digər yerlərdə başqa ölçülü, formalı, qabaritli, fasonlu, rəngli və ya quruluşlu oxşar mala dəyişdirə bilər. Bu zaman qiymətdə fərq olduqda satıcı ilə lazımi hesablaşma aparılır. Satıcıda dəyişdirilmək üçün zəruri mal olmadıqda alıcı əldə etdiyi malı satıcıya qaytara bilər və mal üçün ödədiyi pul məbləğini geri ala bilər. 623.2-ci maddədə isə deyilir ki, alıcının malın dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun.
Alınan mallar hansı hallarda geri qaytarıla bilməz?Lakin heç də bütün malları göstərilmiş əsaslar üzrə dəyişdirmək mümkün deyil. Belə ki, bir sıra mallar var ki, qanunla onların dəyişdirilməsi mümkün deyil. Pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan mallara:
– qızıl və qızıl məmulatları;
– qiymətli və yarımqiymətli metallardan, daşlardan hazırlanmış məmulatlar;
– istehsal qüsurları istisna olmaqla bütün növ parçalar və ölçü ilə satılan bəzi mallar (lentlər, tesmalar, haşiyələr);
– parfümer-kosmetika malları;
– kişi, qadın və uşaq çimərlik paltarları;
– bağça yaşlı və yeni doğulan uşaqlar üçün alt paltarları;
– məişət-kimyası malları;
– şəxsi gigiyena əşyaları (diş fırçaları, daraqlar, biqudilər və s.);
– uşaq oyuncaqları;
– istehsal qüsurları istisna olmaqla istifadədə olmuş, üzərində yarlıklar olmayan kişi, qadın və uşaq corabları, alt paltarları;
– ərzaq üçün plastmasdan hazırlanmış məmulatlar;
– dəyəri ödənilmiş və mağazadan çıxarılmış (yararlılıq müddəti ərzində) ərzaq malları aiddir.
Alınan mallar hansı hallarda geri qaytarıla bilməz?

Xəbərlər     Tarix: 03 oktyabr 2023

Oxşar xəbərlər

Bu şəxslərin pensiyası yenidən artacaq

"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler dollar kursu valyuta xeberleri 1000 manatla biznes telefonla pul qazanmaq