Alman şirkətləri kiberhücumlardan 206 milyard avro İTİRDİ

Alman şirkətləri kiberhücumlardan 206 milyard avro İTİRDİAlman şirkətləri bu il məlumatların oğurlanması nəticəsində təxminən 206 milyard avro itirib.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, bunu 1000-dən çox şirkət arasında keçirilən sorğunun nəticələri sübut edir.
Sorğu məlumatları göstərir ki, mütəşəkkil cinayətkarlığa aid edilən kiberhücumların sayı xeyli artıb. Belə ki, şirkətlərin 52%-i kiberhücum təhlükəsi hiss etdiyini bildirib.
Federal İnformasiya, Telekommunikasiya və Kompüter Texnologiyaları Assosiasiyasının (BITKOM) rəhbəri Ralf Vintergerst bildirib ki, Alman iqtisadiyyatı cinayətkarlar və düşmən ölkələr üçün çox cəlbedici bir hədəfdir.
Onun sözlərinə görə, İT avadanlıqlarının və məlumatlarının oğurlanması nəticəsində dəymiş ümumi zərər bu il 206 milyard avro qiymətləndirilir. Bu rəqəm ardıcıl üçüncü dəfə 200 milyard avronu ötür.
Belə ki, 2022-ci ildə bu rəqəm 203 milyard avro, 2021-ci ildə isə 223 milyard avro təşkil edib. Eyni zamanda, sorğu edilən müəssisələrin 82%-i son 12 ay ərzində daha tez-tez kiberhücumlara məruz qaldıqlarını bildirib.
BITKOM Çin və Rusiyadan daha çox kiberhücumun olduğunu iddia edir.
İqbal Rzayev,
KONKRET.az

Xəbərlər     Tarix: 02 sentyabr 2023

Oxşar xəbərlər

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

İşləməyən şəxslər də icbari sığorta haqqı ödəyəcəklər

Qeyri-formal işlərlə məşğul olan insanlar da icbari sığorta haqqını ödəyəcəklər. xəbər verir ki, ödənişin miqdarı aylıq 16 manat məbləğində olacaq. Bu, "Tibbi sığorta haqqında" qanuna təklif edilən dəyişiklikd

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu


iqtisadi xeberler depozit faizleri bitkoin almaq dollar məzənnəsi kicik biznes